Onlayn ictimai-siyasi qəzet
“Rəsmi statistikaya görə, Azərbaycanda kişilər qadınlardan 54 faiz çox maaş alır. Azərbaycanda iqtisadi fəal - məşğul və işsiz əhalinin sayı 5 milyon 304 min nəfər olub. Bunun 2 milyon 714 min nəfərini qadınlar, 2 milyon 591 min nəfərini kişilər təşkil edib”.
Musavat.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin iclasında deyib.
O bildirib ki, işsizlik səviyyəsi qadınlar arasında daha çox nəzərə çarpır - qadınlar arasında işsizlik 7%, kişilər arasında 4.9%. Qeyri-fəal əhalinin böyük əksəriyyətini qadınlar təşkil edir - 66 faiz - bu kateqoriyadan olan 2 milyon 161 nəfərin 1 milyon 420 min nəfərini, 66 faizini təşkil edir”.
Vüqar Bayramov qeyd edib ki, əmək haqqı arasındakı fərqlər qadınların kişilərə nisbətən daha az pensiya almasına səbəb olub: “Bir sıra ölkələrdə qadınların pensiya yaşı tamam olan zaman onların pensiya kapitalı xüsusi əmsala vurularaq artırılır. Nəticədə pensiyaya çıxan qadınların aldığı pensiya məbləği avtomatik olaraq artırılır. Bu baxımdan təklif edirəm ki, oxşar təcrübədən Azərbaycanda da istifadə olunsun. Qadınların pensiya kapitalı xüsusi əmsala vurularaq artırılsın. Məsələn, əgər pensiya yaşı tamam olan qadın vətəndaşımızın pensiya kapitalı 30 min manatdırsa, o zaman o, 1.5 əmsalına vurularaq 45 min manata çatdırıla bilər. Bu da qadın pensiyaçıların daha çox pensiya almasına imkan yarada bilər. Bu, pensiya yaşı tamam qadın vətəndaşlarımızın sosial təminatının daha da güclənməsinə imkan yaradar”.
E.Paşasoy,
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ