İnsanlara hürriyət, millətlərə istiqlal!

“Past”: "Erməni diplomatlar Nikol Paşinyana səhv buraxdığı barədə xəbərdarlıq ediblər"

Azərbaycanın Ermənistana sülh müqaviləsini imzalanması üçün irəli sürdüyü “5 bənd” qarşı tərəfdə çaşqınlıq yaradıb.

Məlum olduğu kimi, rəsmi İrəvan buna qarşı özünün 6 bəndlik təklifini Azərbaycana təqdim edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, erməni diplomatlar N.Paşinyanın bu prosesdə səhv buraxdığını onun diqqətinə çatdırıblar. Bununla bağlı yerli “Past” qəzetində xüsusi məlumat yayılıb.

Diplomatların fikrincə, Ermənistann hökumətinin rəhbəri bu məsələdə “heç bir əsası olmayan tələskənliyə” yol verib. Diplomtaik korpusun gəldiyi ümumi rəyə görə, bu cür siyasi şərtlər İrəvanın xeyrinə işləməyəcək.

Lakin diplomatlaırn “itaətsizliyi” Nikol Paşinyan tərəfindən narazılıqla qarşılanıb və bu da hökumət rəhbərliyində Xarici İşlər Nazirliyinə qarşı inamsızlığı gücləndirib. Hətta Nazirlər Kabinetinin dəhlizlərində Nikol Paşinyanın “Elə bir təəəssürat yaranır ki, sanki XİN bu cür həssas və incə məsələdə özünü qəsdən belə aparır” belə dediyi iddia olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR