İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanla Putin sərhədlə bağlı razılaşdı: İkisi birgə qoruyacaq

Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada keçirilən görüşdə Rusiya sərhədçilərinin Ermənistanın dövlət sərhədinin mühafizəsində iştirakı ilə bağlı bir sıra məsələlər barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, məlumatı Ermənistan baş nazirinin mətbuat katibi Nazəli Bağdasaryan açıqlayıb.

Onun sözlərinə görə, razılaşmaya əsasən “2025-ci il yanvarın 1-dən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Ermənistan-İran və Ermənistan-Türkiyə dövlət sərhədlərinin mühafizəsinə qoşulacaq, Ermənistan-İran sərhəd-keçid məntəqəsinə isə yalnız onlar nəzarət edəcəklər: “Məntəqədə dövlət sərhədini bütünlüklə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının qüvvələri həyata keçirəcək”.

Qeyd olunur ki, Paşinyan Ermənistan müstəqillik əldə etdikdən sonra Rusiya FTX sərhəd qoşunlarının Ermənistanla İran arasında dövlət sərhəd-keçid məntəqəsində xidmətinə görə Putinə təşəkkür edib.

Avqustun 1-də Rusiya FSB sərhəd xidmətinin nümayəndələri Yerevan Zvartnots beynəlxalq hava limanından çıxarılıblar.

Hazırda FSB Sərhəd Xidmətinin nümayəndələri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları ilə birlikdə 1992-ci ildə bağlanmış müqavilə əsasında ölkənin Türkiyə və İranla sərhədlərini də qoruyur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR