İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanla bağlı SENSASİON AÇIQLAMA

“Ermənistan hakimiyyətinin anti-Rusiya addımları xarici siyasət kursunun real dəyişməsindən daha çox qeyri-peşəkarlığından qaynaqlanır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə beynəlxalq münasibətlər üzrə ekspert Suren Sarkisyan danışıb.

“Bu gün təkcə Ermənistan-Rusiya münasibətlərində pisləşmə qeydə alınmır. Bundan başqa, ABŞ, Aİ, İran və ya Çin kimi digər aktorlarla əməkdaşlıq baxımından hər hansı bir irəliləyiş yoxdur. Adətən ölkələr öz xarici siyasət vektorunu dəyişmək niyyətində olduqda ilkin mərhələdə fərqli vektorla münasibətləri dərinləşdirir. Başqa bir dövlətlə münasibətləri gücləndirmədən strateji müttəfiqlə münasibətləri korlamaq məntiqsizdir. Bu, təkcə Ermənistanla bağlı deyil, istənilən ölkəyə aiddir”, - deyə Sarkisyan bildirib.

Sarkisyana görə, son 5 ildə Ermənistanla ABŞ arasında münasibətlər heç bir sahədə irəli getməyib: “Ermənistanla ABŞ arasında həm hərbi-siyasi, həm də iqtisadi əməkdaşlıq baxımından mahiyyətcə belə bir gündəm yoxdur. ABŞ-la ümumi gündəliyimiz isə Birləşmiş Ştatların bizə göstərdiyi yardımlar ətrafında cərəyan edir”.

Suren Sarkisyan hökumətin gündəmində Aİ və NATO-ya inteqrasiya məqsədinin olmamasına da diqqət çəkib.

“Ermənistan hakimiyyəti heç vaxt bu istiqamətdə fəaliyyət göstərmək niyyətini bəyan etməyib. Aİ və NATO-da bizi gözləyən varmı? Məsələn, Gürcüstan uzun illərdir ki, bu istiqamətdə işləyir, bir çox islahatlar aparır, amma indiyədək buna nail olmayıb. Müvafiq olaraq, Ermənistan da bunu 10 gün ərzində təmin edə bilməz”, - deyə erməni ekspert bildirib.

“Hazırda Ermənistanın təkcə Moskva ilə deyil, Vaşinqton, Brüssel, Tehran və Pekinlə də münasibətləri parlaq deyil. Yəni biz təkcə Moskvadan danışmırıq. Mən bunu qeyri-peşəkar işin nəticəsi adlandırardım”, - deyə Suren Sarkisyan vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR