Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komissiyası baş nazir Nikol Paşinyanın 2022-ci il üçün aktivləri, gəlirləri və xərcləri haqqında bəyannaməni dərc edib.
Musavat.com Axar.az-a istinadla xəbər verir ki, təqdim olunan bəyannaməyə görə, Nikol Paşinyanın hər hansı daşınar və ya daşınmaz əmlakı, qiymətli əşyaları ümumiyyətlə yoxdur.
Ermənistan baş naziri yalnız banklardan birində saxlanılan əmanətini açıqlayıb: 3 milyon 15 min dram (təxminən 7,5 min dollar).
Gəliri isə yalnız aldığı maaş imiş – 12.837.503 dram (illik təxminən 32,5 min dollar).
2022-ci ilin sonunda Paşinyanın müxtəlif bank hesablarında 114,7 dram, 27 701,8 dram, 3,84 ABŞ dolları və 154 562,5 dram pulu qalıb.
Nikol Paşinyanın həyat yoldaşı, “Mer Typaran” MMC-nin 50%-nin sahibi və 2009-cu ildən təşkilatın direktoru olan Anna Akopyanın təmsil etdiyi 1 kommersiya təşkilatında payı var.
Qeyd edək ki, Nikol Paşinyanın xanımı Anna Akopyanın xaricdəki hesablarında 5 milyard dollardan çox vəsait olduğu barədə hələ 2 il öncə Ermənistanın İtaliyadakı sabiq səfiri məlumat yaymışdı.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ