İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın naziri: Katolikosun kənarlaşdırılması üçün yol xəritəsi hazırdır

Katolikosun rezidensiyasının boşaldılması ilə bağlı xüsusi şərh verməyə ehtiyac görmürük.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur naziri, baş nazir Nikol Paşinyanın tərəfdarı Davit Xudatyan iyulun 17-də jurnalistlərlə söhbətində danışıb.

O bildirib ki, bu məsələ ilə bağlı baş nazir bir gün əvvəl keçirilən mətbuat konfransında kifayət qədər açıq danışıb.

“Baş nazir çox konkret dedi: o, Katolikosun rezidensiyasını da Serj Sarkisyanın hakimiyyətini necə aradan qaldırdısa, eləcə boşaldacaq”, – deyə Xudatyan vurğulayıb.

Nazir əlavə edib ki, əgər ictimai-siyasi zərurət yaranarsa, “məxməri inqilab” zamanı olduğu kimi, bu prosesin necə həyata keçiriləcəyini əks etdirən “yol xəritəsi” dərc olunacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR