İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın Kiyevlə bağlı ŞOK GEDİŞİ - Bundan sonra...

“Ukraynanın gözlənilmədən daha bir müttəfiqi peyda olub. İrəvanın  Ukraynaya sovet tipli silahlar verməyə başlaması haqda bir neçə mənbədən xəbər gəlib. Bildirilir ki, İrəvan tanklar üçün döyüş sursatı ilə yanaşı, Kiyevə mövcud hava hücumundan müdafiə sistemlərini və 152 mm-lik artilleriya qurğularını təhvil verir”.

Musavat.com xəbər verir ki, bu barədə “Svobodnaya pressa” yazıb.

İddia olunur ki, silah ötürülməsi Gürcüstan limanları vasitəsilə həyata keçirilə bilərdi.

pasik000.jpg (89 KB)

“Bu il aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyanın Aİ-yə əlamətdar səfəri baş tutub. Brüsseldə Paşinyan Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenlə danışıqlar aparıb. Onlar əməkdaşlığı davam və inkişaf etdirmək barədə razılığa gəliblər. Brüssel və Vaşinqton Ermənistana müvafiq olaraq 270 milyon avro və 65 milyon dollar verəcəklərini vəd ediblər. Bununla belə,  Azərbaycanla davamlı sülh olmadığı halda, Ermənistan üçün əsas mövzu olan əməkdaşlıq sahələri arasında təhlükəsizlik məsələsi qeyd olunmayıb.  Düzdür, bunun müqabilində İrəvana NATO tipli artilleriya təchizatı vəd edib. Xüsusilə, Fransanın “SEZAR” haubitsalarının Ermənistana təhvil verilməsi və bir çox başqa məsələləri müzakirə ediblər. Unutmamalıyıq ki, avqustun 24-də Ukraynanın Müstəqillik Günü Kiyevdə qeyd olunanda Nikol Paşinyan Zelenskiyə isti təbrik teleqramı göndərib və orada “İrəvan və Kiyev arasında münasibətlərin uzun və səmərəli inkişafına” ümid etdiyini bildirib”,-deyə məqalədə yazılır.

Rusiya İqtisad Universitetinin siyasi təhlil və sosial-psixoloji proseslər kafedrasının dosenti, hərbi  ekspert Aleksandr Perendjiev də iddia edib ki, Ermənistan Ukraynanı silah və sursatla təchiz etməyə başlayıb. “Bunun müqabilində Ermənistana NATO tipli silahlar verəcəklərini vəd ediblər.  Bu xəbərlərin doğruluğunu Rusiyanın bu ölkə bazarında satılan erməni konyaklarına və Ermənistandan gətirilən tərəvəz və meyvələrə ixracına o qədər də inandırıcı olmayan səbəblərlə qadağalar  tətbiqi də  təsdiqləyir”.  

Politoloq, millətlərarası münaqişələr üzrə ekspert Yevgeni Mixaylov deyib ki, bu iddialar  təsdiqini taparsa, Ermənistan həm KTMT-dən, həm də Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatından dərhal qovulmalıdır. Həmçinin, baş verənlər fonunda Ermənistanla viza rejimi tətbiq edilməli,  bu ölkə ilə sərhəd bağlanmalıdı. “Və bu məsələni təcili həll etmək lazımdır, çünki  bütün ermənilərin son vaxtlar Rusiyaya dostluq niyyəti ilə daxil olduğuna əminlik yoxdur.”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR