Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin deputatı Kamal Cəfərov Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edərək bildirib ki, dövlət büdcəsindən məqsədəuyğun, səmərəli və dürüst istifadə təkcə qanunlarımızın tələbi deyil, bu, həm də Prezident İlham Əliyevə sədaqətin əsas şərtlərindəndir.
Musavat.com xəbər verir ki, deputat qeyd edib:
“Ölkəmizdə korrupsiyaya qarşı mübarizə üzrə güclü siyasi iradə var, Azərbaycan Prezidentinin vəzifəli şəxslər qarşısında qoyduğu tələblər də aydındır. Hər bir hökumət üzvü siyasi idarəetməni təmsil edir. Həmin rəhbər şəxslərə siyasi etimadla yanaşı, böyük resurslar da həvalə edilir. Ona görə vəzifəli şəxs fəaliyyətində həmişə dövlət maraqlarını şəxsi maraqlarından üstün tutmalı, rəhbərlik etdiyi qurum vətəndaşlarla düzgün kommunikasiya modeli seçməli, onları narahat edən problemlərin çevik həllinə nail olmalı, dövlət qurumuna və siyasi idarəetməyə olan ictimai etimadı daha da gücləndirməlidir.
Mən əminəm ki, hökumət üzvləri bu məsuliyyəti tam anlayır, yeni reallığı və çağımızın ideyasını başa düşür, 2025-ci il dövlət büdcəsini də eyni peşəkarlıq, qətiyyət və sədaqətlə icra edəcəklər”.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ