İnsanlara hürriyət, millətlərə istiqlal!

Doğmalarını öldürən qatillə bağlı ŞOK FAKT - FOTOLAR

Ötən gün İstanbulda baş verən dəhşətli qətllər şəhərdə böyük şok yaradıb. Üç saat ərzində bir-birinin ardınca həyata keçirilən silsilə qətllərdə 7 nəfər həyatını itirib. Qətllərin narkotik aludəçisi olduğu üçün böhran keçirən Bahtiyar Aladağ tərəfindən törədildiyi düşünülür.

Musavat.com xəbər verir ki, cinayətlərin birincisi Büyükçekmece gölünün kənarında gəzintiyə çıxan Bahtiyar Aladağın həyat yoldaşı Sevim Aladağ, 10 yaşlı oğlu Arsal Aladağ və qayınanası Türkan Soylunu başından vuraraq öldürməsi ilə başlayıb. Saat 15.00-15.30 radələrində baş verən bu qətllərdən sonra Aladağ öz valideynlərini öldürmək üçün hədəfini dəyişib.

Büyükçekmece Celaliye mahalında saat 16.00-16.30 arasında Aladağ anası Necmiye və ata Muhammet Aladağı başlarına atəş açaraq öldürüb. O həmin vaxt evdə olan 30 yaşlı bacısı Buket Aladağa da ağır xəsarət yetirib.

Hücumlarını davam etdirən Bahtiyar Aladağ Avcılar Universitetində qaynının işlədiyi bərbərə gedib. Burada o, bərbər Mehmet Salih Özsökükü başından güllələyib, qaynı Gökhan Soylunu isə ağır yaralayıb. Aladağın əvvəlki iş yerindən tanıdığı Özsökükü hədəfə alaraq törətdiyi qətl daha bir dəhşətli hadisələr halqasını meydana gətirib.

Belə ki, qətl zənciri Esenyurta qədər uzanıb. Saat 18:00 radələrində Fatih rayonunda əmisi oğlu Şadan Serdar Bükeni də güllələyib öldürüb. Yarım saat sonra o, qətlləri törətdiyi eyni silahla intihar edib.

Hadisədən sonra aparılan araşdırmalar Aladağın narkotik böhranı üzərində dayanır. Bundan başqa, polis qatilin keçmişdə narkotik asılılığı və zorakılıq cinayətləri qeydinin olduğunu bildirib.

Psixiatrlar bildirirlər ki, bu cür davranışa insanın psixotik proses keçirməsi səbəb ola bilər.

Türkiyəli professor Kültegin Ögel narkotik istifadəsinin psixotik xəstəliklərə səbəb ola biləcəyini və bəzən insanların hallüsinasiyalar və hezeyanlar yaşaya biləcəyini qeyd edir. Klinik psixoloq Aleyna Damla Özcan isə uzunmüddətli narkotik istifadəsinin zehni problemlərə səbəb ola biləcəyini və insanların aqressiv davranışlar sərgiləyə biləcəyini ifadə edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR