İnsanlara hürriyət, millətlərə istiqlal!

Narışkin: “Qərb nasizm üzərində qələbədə SSRİ-nin xidmətlərini qaralamaq istəyir”

“Böyük Vətən Müharibəsində qələbənin ildönümü ərəfəsində Qərb dövlətləri SSRİ-nin nasizmlə mübarizədə xidmətlərini ləkələmək üçün işə başlayıblar”.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə RF-nin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Rusiyanın təhlükəsizlik orqanları və kəşfiyyat xidmətlərinin rəhbərlərinin görüşündə bildirib.

“Böyük Vətən Müharibəsində qələbəmizin 80-ci ildönümü ərəfəsində Qərbin xarici işlər nazirlikləri, QHT-ləri və KİV-ləri Sovet İttifaqının nasizmlə mübarizədəki rolunu ləkələmək üçün səylərini gücləndiriblər”. - Narışkin vurğulayıb.

Daha sonra xarici kəşfiyyat rəhbəri bildirib ki, SSRİ-ni ləkələmək üçün ABŞ və onun müttəfiqləri Qələbə gününün məzmununu dəyişməyə çalışırlar. Onlar vurğunu bayramdan yas mərasiminə və “ümumi hərbi keçmişi, belə demək mümkünsə, milli mənzillərə aparmağa” etmək istəyirlər”, – Narışkin deyib.

Xarici kəşfiyyat rəhbəri qeyd edib ki, gələn il bütün MDB ölkələri mayın 9-da Qələbə gününü qeyd edəcək. Bayram tədbirləri zamanı bütün sovet xalqının, o cümlədən nasizmə qarşı mübarizədə canlarını fəda etmiş Ukrayna əsgərlərinin əməyi qeyd olunacaq. Narışkinin fikrincə, belə hadisələr Qərb ölkələrindən də yan keçməyəcək, ona görə də təxribatlar mümkündür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR