İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın gizli planı aşkara çıxır - İrəvanın oyununu pozmalıyıq

“Nikol Paşinyanın planının şifrələri bəlli olmağa başlayır. O, əvvəlcə parlamentdə Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanmasına dair qanun layihəsini təsdiq etdirib. İkinci mərhələdə İrəvanla Vaşinqton arasında məxfi şəraitdə hazırlanan strateji tərəfdaşlıq sazişi imzalanır. Yəqin növbəti mərhələ Ermənistanın rəsmən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etdiyini açıqlaması olacaq”.

Musavat.com xəbər verir ki, bu fikirləri sosial media hesabında “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib.

ELXAN SON.jpg (74 KB)

E.Şahinoğlunun fikrincə, İrəvan Brüssel və Vaşinqtonla strateji tərəfdaşlığı gücləndirməklə özünü Rusiya təhlükəsindən sığortalamağa çalışır:

“Ermənistan hökuməti Brüssel və Vaşinqtonla yaxınlaşmaqla eyni zamanda Avropa İttifaqı və ABŞ-ın Azərbaycanla əlaqələrinə mənfi təsir etməyə çalışacaq. İrəvanın bu oyununu pozmalıyıq. Rəsmi Bakının Brüssel və Vaşinqtonla münasibətlərindəki mövcud suallara rəğmən, ABŞ və Avropa İttifaqı ilə dialoq kanallarını açıq tutmalıyıq”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Yanvar 2025

14 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR