Onlayn ictimai-siyasi qəzet
“Vətəndaşlarımız Avropa İttifaqına üzvlük prosesinin başlanması ilə bağlı imza toplanmasında iştirak etdilər, öz hüquqlarından istifadə etdilər. Görək parlament buna necə qərar verəcək”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu parlamentdə jurnalistlərlə söhbətində hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Tsovinar Vardanyan deyib.
“Gözləntiləri düzgün qurmaq lazımdır. İfratlara getməyin mənası yoxdur, bu, sadəcə olaraq vətəndaşlarımızın təşəbbüsü ilə həyata keçirilən normal prosedurdur”, - deyə Vardanyan bildirib.
Paşinyanın partiyasının deputatı Rusiyadan gələn reaksiyalara və hətta gizli təhdidlərə də toxunub.
O, Rusiyanın Ermənistandan ixracın 70-80% azalacağı, inflyasiya olacağı və s. kimi xəbərdarlığının nədən ibarət olduğuna belə cavab verib:
“Aleksey Overçukun (Rusiya baş nazirinin müavini) fərziyyələrini şərh etməyəcəm. Overçukun öz peşəkar təcrübəsi və siyasi keçmişi ona vəziyyəti düzgün qiymətləndirməyə imkan verməlidir”.
Musavat.com
14 Yanvar 2025
13 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ