Onlayn ictimai-siyasi qəzet
“Sülh müqaviləsinin mətni üzərində iş aparılarkən müəyyən maddələr razılaşdırılsa da, sonrakı mərhələlərdə Azərbaycan bundan yayınıb”.
Musavat.com xəbər verir ki, belə bir əsassız suçlama və böhtan Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Sarkis Xandanyan tərəfindən gəlib.
Onun sözlərinə görə, sənəd ətrafında danışıqların onlayn yox, real danışıqların tərkib hissəsi kimi aparılması çox vacibdir.
Xandanyanın fikrincə, danışıqlarda irəliləyişin olmaması daim gərginliyin arta biləcəyi qorxusunu yaradır.
“Lakin mən şadam ki, danışıqlar bərpa olunub”, - deyə erməni deputat qeyd edib.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ