İnsanlara hürriyət, millətlərə istiqlal!

TÜRKLÜKLƏ SAVAŞIN SONU HÜSRANDIR - PROFESSOR NƏSİBLİ KİMƏ QƏZƏBLƏNİB

Son facebook paylaşımımda “ keçmiş qrup yoldaşım Fəxrəddin Abbasova da demişdim, maşa olma, istifadə edib atacaqlar. Sən də yazılarında söhbət etmək, müzakirə-mübahisə üçün yer qoy” -deyə ünvanıma yönəltdiyi aşağılamalara cavab olaraq adama dostcasına, yumşaq şəkildə qarşılıq vermişdim. Yenə hikkəli fikirlər, yenə əsəbi ittihamlar, yenə nifrət qusması. Olmadı, bundan sonra onunla danışmağın faydası olduğunu artıq düşünmürəm. Facebook siyahımdan da çıxardıram.

Tanışdırım. Adamın adı Muta Aghayevdir. Müsavatda olanda “Əli” idi, məncə. Müsavatdakı liboşların bəsləməsi olan bu zati-möhtərəm indi İsveçdədir. Hər gün yazır. Hədəfində Türklükdür.

Birinci dəfə onun Türklük əleyhinə yazdıqlarına etiraz edərkən Talış kimliyinin müdafiə edilməsi doğru işdir, mən şəxsən bu işə rəğbətlə yanaşıram; amma Talış kimliyinin müdafiəsi Türklük əleyhinə yönəldiyində dönüb-dolaşıb Talışların ziyanına işləyəcək demişdim. Özü də bunu erməni separatizminin başı əziləndən sonra (2020, 2023) yüksək diqqətlərinə çatdırıb, bu hadisədən ibrət alınması gərəyinə kübarca bir eyham da vurmuşdum.

İndi Rusiya və İranla yüzillərlə davam edən mücadilənin yeni mərhələsi başlanıb. Amma əvvəlkindən fərqli olaraq tək Azərbaycan Türklüyü deyil, dünya Türklüyü yüksəliş dönəmi yaşayır. Bu üzdən Türk düşmənləri ən rəzil metodlara əl atırlar. Onlardan biri də dəfələrlə istifadə edib, kənara atdıqları etnik azlıqlar məsələsidir.

Hamılıqla Qarabağ probleminin həlli möcüzəsini yaşadıq. Bununla belə ortaq ölkəmizdə hələ onlarla ciddi problem qalır. Bunlardan biri də etnik-milli münasibətlər sahəsidir. Amma onu savaş açmaqla həll etməyə qalxsanız (təkrara görə bağışlayın), öz xalqınıza ziyan vuracaqsınız. Zira öz haqqı uğrunda mübarizə, başqasının haqqına yürümək anlamına gəlmir. Geriyə təpəcək. Talış dostlar bu gerçəyi adı çəkilən zati-möhtərəmə və onun kimilərə anlatsalar, hamımız üçün faydalı olar.

Professor Nəsib Nəsibli

aHR0cHM6Ly93d3cud2lraW1lZGlhLmF6.jpg (19 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR