Onlayn ictimai-siyasi qəzet
Ukrayna müharibəsinin sonu ilə bağlı yeni proqnoz səslənib.
Musavat.com xəbər verir ki, Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin (GUR) nümayəndəsi Yusov bildirib ki, münaqişə 2025-ci ilin sonuna qədər başa çata bilər.
Onun sözlərinə görə, bunun üçün bir çox amillərin üst-üstə düşməsi vacibdir:
“Müharibə ilin sonuna qədər başa çata bilər, lakin bunun üçün bir çox faktorlar uyğun gəlməlidir. Bu, tərəfdaşların Rusiyaya təzyiqi artırıb artırmamasından və Ukraynaya dəstək verib-verməməsindən asılıdır”, – deyə Yusov vurğulayıb.
Rəsmi proqnozlar münaqişənin gedişatına beynəlxalq dəstəyin və strateji qərarların birbaşa təsir edəcəyini göstərir.
Musavat.com
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ