Onlayn ictimai-siyasi qəzet
Rusiya-Çin ticarətində sanksiyalara meydan oxuyan yeni hadisə baş verib.
Musavat.com xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, ikinci Rusiya tankeri “Voskod” Çinin Teşan limanına çatıb və 150 min kubmetr LNG (mayeləşdirilmiş təbii qaz) daşıyır.
Qeyd olunur ki, ilk tanker “Arktik Mulan” avqustun sonunda Çinə qaz çatdırıb. Bu qaz Rusiyanın Arktik LNG-2 zavodunda istehsal olunub və layihə sanksiyalara məruz qalıb.
“The Arctic LNG layihəsi 2023-cü ilin dekabrında başlamışdı, lakin qaz tədarükü plan üzrə getmir. Bunun səbəbi həm tanker çatışmazlığı, həm də Rusiyanın Ukrayna ilə münaqişəsi səbəbindən Qərb sanksiyalarıdır”, – agentlik yazır.
Xatırladaq ki, bu hadisə Rusiya prezidenti Vladimir Putinin Çin lideri Si Cinpinlə görüşündən sonra baş verib.
Musavat.com
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ