İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanı da Priqojinin taleyi gözləyir: Erməni diasporu "düyməyə" basdı, terroru anons etdi

Ermənistan baş naziri Nikol Paşinyana qarşı "Nemesis" təhdidi qətiyyən təsadüfi deyil, böyük ehtimalla ona qarşı erməni terrorizmi artıq qəti qərar vermək üzrədir... Əgər, belə davam edərsə, yaxın vaxtlarda Ermənistan baş nazirinin də erməni terror təşkilatları tərəfindən aradan götürülməsi qətiyyən gözlənilməz olmayacaq...

Rusiyada baş vermiş son dəhşətli hadisə Kremlin Cənubi Qafqazdakı for-postunda da ciddi narahatlıq doğurub. Çünki bu, Kremlin maraqlarına ciddi problemlər yaradan istənilən siyasətçi və ya dövlət xadimi üçün real təhlükənin mövcudluğunu biruzə verir. Vaxtilə Polşa prezidentinin təyyarəsinin Rusiyanın Smolensk şəhəri yaxınlığında "qəzaya uğraması" hələ unudulmayıb. Və indi yeni təhdid örnəyinin mövcud olması ehtiyatlı davranmaq ehtiyacı yaradır.

Maraqlıdır ki, Ermənistan siyasi dairələrində müəyyən narahatlığın olduğu bildirilir. Erməni mətbuatı rəsmi İrəvanın Rusiya əleyhinə beynəlxalq fəaliyyətinin Rusiyada radikal qərarların qəbuluna yol aça biləcəyini iddia edir. Üstəlik, Paşinyan hakimiyyətinə qarşı Rusiyaya bağlı daxili qüvvələrlə yanaşı, erməni diasporunun da təhdidkar mövqe tutması hər an radikal addımların atıla biləcəyi ilə bağlı ehtiyatlı gücləndirir. Və son günlər rəsmi İrəvanın davranışları da Paşinyan hakimiyyətinin əsas təmsilçilərini real hədəfə çevirmiş kimi görünür.

pasinyan (2).jpg (32 KB)

Məsələ ondadır ki, rəsmi İrəvan Ermənistanı Rusiyanın təsir dairəsindən qoparıb, Qərbə yaxınlaşdırma siyasətində hələ də israrlıdır. Paşinyan hakimiyyəti Kremlin patronajlığı altında olan KTMT-nın fəaliyyətini də sabotaj etməkdə davam edir. Eyni zamanda, Rusiya-Ermənistan münasibətləridə xüsusi rol oynayan şəxslərin bloklanması da kifayət qədər ciddi faktordur. Çünki həmin şəxslərin sırasında erməni diasporunun təmsilçiləri ilə yanaşı, Paşinyan hakimiyyətini tənqid edən ermənipərəst rus siyasətçilər də yer alır.

Hər halda, ermənipərəst rus deputat Konstantin Zatulindən sonra Rusiya-Ermənistan dostluq cəmiyyətinin rəhbərinin İrəvan hava limanından geri qaytarılması Kremldə ciddi qıcıq doğurub. Rusiya hakim dairələrinin hazırda rəsmi İrəvandan belə addımların siyasi səbəbləri barədə izahat tələb etdikləri bildirilir. Və Paşinyan hakimiyyətinin bu qərarında Rusiyanın BMT-nin Təhlükəsizlik Şurasındakı son müzakirələrdə tutduğu mövqedən ciddi narazılığın rol oynadığı da qətiyyən istisna edilmir.

Göründüyü kimi, Rusiya və Ermənistan arasında kifayət qədər kəskin problemlər mövcuddur. Rəsmi İrəvanın Rusiya prezidenti Vladimir Putinin həbsinə sanksiya vermiş Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qoşulmaq niyyəti qarşılıqlı münasibətlərdə çatları daha da dərinləşdirib. Çünki Paşinyan hakimiyyəti BCM ilə bağlı hədəfini payız aylarında reallaşdırmağa hazırlaşır.

Onu da qeyd etmək lazımdır ki, Ermənistan baş naziri Nikol Paşinyan açıq mətnlə növbəti dəfə təhdid edilib. Üstəlik, bu dəfəki təhdid özündən əvvəlkilərdən daha ciddi və təhlükəlidir. Belə ki, Rusiyada yaşayan erməni mediamenecer Aram Qabrielyan baş nazir Nikol Paşinyanı ölümlə hədələyib. Və bu cinayət hazırlığının anonsunu birbaşa özünün sosial şəbəkə hesabından edib.

cf59841cd22162c69845b63968b3c8cd.jpg (284 KB)

Erməni mediamenecer bildirib ki, baş nazir Nikol Paşinyan "Nemesis" əməliyyatının hədəfinə çevrilmək üçün bütün prosedurları artıq keçib. Erməni baş nazirin Ermənistanın maraqlarına xəyanəti ona qarşı "Nemesis" planı üzrə davranmaq hüququ yaradıb: "Baş nazir Nikol Paşinyan əmin ola bilər ki, onu tezliklə "Nemesis" ənənəsi üzrə intiqam əməliyyatı gözləyir. O, bundan heç bir halda, yayına bilməyəcək".

Belə anlaşılır ki, erməni terrorizmi baş nazir Nikol Paşinyana qarşı qisas planları qurmağa artıq başlayıb. Bu təhdidin hər an reallaşdırıla biləcəyi isə qətiyyən şübhə doğurmur. Belə ki, vaxtilə sülh danışıqları prosesindən narazı olan erməni diasporunun sifarişi ilə Ermənistan parlamentində törədilmiş dəhşətli terror hadisəsi belə düşünməyə əsas verir. Və bu baxımdan, baş nazir Nikol Paşinyanın olduqca ciddi təhlükə qarşısında qaldığı qətiyyən istisna deyil.

Məsələ ondadır ki, erməni baş nazirə "Nemesis" intiqam əməliyyatı vəd edən Aram Qabrielyan vaxtilə Rusiyaya bağlı Qaradağ klanının piar meneceri olub. O, son parlament seçkilərində hərbi cinayətkar və keçmiş prezident Robert Köçəryanın təbliğat kampaniyasını qurub. Üstəlik, bu şəxs həm də Rusiyadakı erməni diasporunu təmsil edir. Və xarici ölkələrdəki erməni diasporunun Rusiya qanadı baş nazir Nikol Paşinyanı Ermənistanın düşməni hesab edir. Və xarici ölkələrdəki erməni diasporunun ciddi şəkildə parçalanmasına görə onu günahkar bilir.

a44cdfe2eee5435de2f842c3560ef5bd.jpg (56 KB)

Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan Rusiyadakı erməni diasporunun qəzəbinə tuş gəlib və real hədəfə çevrilib. Eyni zamanda, erməni baş nazir Kremlin də geopolitik maraqlarını ciddi təhlükə altına salıb. Ola bilər ki, Kremldəki hansısa siyasi qruplaşma erməni baş nazir ilə hesablaşmaq niyyətinə düşüb. Bu səbəbdən də, baş nazir Nikol Paşinyana erməni diasporunun təmsilçiləri üzərindən xəbərdarlıq mesajı verir. Və baş nazir Nikol Paşinyan bundan nəticə çıxartmasa, yaxın vaxtlarda onun aradan götürülməsi üçün "düymə"yə basıla bilər.

Onu da qeyd etmək lazımdır ki, "Vaqner"in rəhbəri Yevgeni Priqojinin təyyarəsi Rusiya HHM qüvvələri tərəfindən vurulmuşdu. Baş nazir Nikol Paşinyanın təyyarəsinin də Ermənistan HHM qüvvələri tərəfindən vurulmayacağına hər hansı təminat yoxdur. Hər halda, Ermənistan ordusunda rus kəşfiyyatına xidmət edən, erməni diasporundan aldığı təlimatları dərhal icra etməyə hazır olan generalların mövcudluğu şübhə doğurmur. Hətta baş nazir Nikol Paşinyan da vaxtilə vurğulamışdı ki, Ermənistan ordusunun rəhbərliyində onun əmrlərini deyil, xarici dövlətin sifarişlərini yerinə yetirənlər kifayət qədərdir.

Bütün bunlar onu göstərir ki, Ermənistan baş naziri Nikol Paşinyana qarşı "Nemesis" təhdidi qətiyyən təsadüfi deyil. Böyük ehtimalla ona qarşı erməni terrorizmi artıq qəti qərar vermək üzrədir. Əgər, belə davam edərsə, yaxın vaxtlarda Ermənistan baş nazirinin də erməni terror təşkilatları tərəfindən cəzalandırılması gözlənilməz olmayacaq. Və mövcud situasiyada erməni diasporunun terror anonsundan sonra bu, tamamilə inandırıcı görünür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Cenubi Qafqazin geopolitik irade sahibi olan lider dovleti Azerbaycandir”​ -

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR