İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan Laçın yolundakı aksiya ilə bağlı ciddi ETİRAF: “Rusiya cavab vermir, NARAHATıq” – Tofiq Zülfüqarovla “Canlı debat”da

Ermənistanın baş nazir Nikol Paşinyan hakim “Mülki müqavilə” fraksiyasının deputatları ilə görüşüb. “Joğovurd” qəzeti xəbər verir ki, deputatlar Paşinyanla Qarabağ ətrafındakı mövcud vəziyyəti müzakirə ediblər, lakin ondan aktual suala cavab eşitməyiblər: Laçın yolu nəhayət nə vaxt açılacaq?

Paşinyan deputatlara bildirib ki, hakimiyyət müxtəlif ölkələrin strukturları ilə əlaqə saxlayır, lakin onların heç biri Laçın yolunun açılması ilə bağlı konkret və aydın təminat vermir.

Rusiya Federasiyasının vasitəçilik missiyasına gəlincə, Paşinyan bu barədə də anlaşılan heç nə deməyib. O, sadəcə qeyd edib ki, “bizim strateji tərəfdaşımız bu məsələni rəfə atıb”.
“Ancaq baş nazir əlavə edib ki, Rusiyanı da başa düşmək olar, başqaları ilə müharibə aparır, digər məsələlərlə məşğuldur. Dövlət Duması deputatlarının bütün bunların Ermənistanın Rusiya ilə İttifaq dövlətinə daxil olmaq üçün müraciət etməsinə yönəldiyi fikrinə gəlincə, Paşinyan deyib ki, bu barədə heç bir söhbət olmayıb”, - mənbə yazıb.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində eks xarici işlər naziri Tofiq Zülfüqarovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR