İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan etiraf: Ermənistanda narkotik dövriyyəsi o qədər ciddiləşib ki...

“Ermənistanda narkotiklərin qanunsuz dövriyyəsi problemi o qədər ciddiləşib ki, hazırda bununla Respublikanın Təhlükəsizlik Şurası məşğul olur”.

“Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Ermənistanda narkotik vasitələrin ticarəti durmadan artır, bunu narkotik kuryerlərinin saxlanılması hallarının artması da sübut edir", - Paşinyan əlavə edib.

Baş nazirin sözlərinə görə, müvafiq tapşırıqlar verilib.

"Biz bununla mübarizənin daha effektiv üsullarını tətbiq edəcəyik", - o vəd verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR