İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyana ŞOK SÖZLƏR: “Qarabağı verdin, indi də...”

“Sən Qarabağı təslim etdin, Ermənistanı da bu cür verəcəksən. Görəsən, nə vaxt gedəcəksən?”

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan öz feysbuk səhifəsində yazıb.

Baqratyan baş nazir Nikol Paşinyanın Ümumerməni Oyunlarında çıxışını tənqid edib.

“Biz tarixi dövrə qədəm qoyuruq, dövlətə olan iradəmiz sarsılmaz olmalıdır”, - deyə Baqratyan Paşinyanın açılışdakı bu sözlərini xatırladıb.

“Onu demək istəyirsən ki, artıq Qarabağ bitdi, görək Ermənistanı xilas edə bilərikmi? Qarşıdakı məğlubiyyətlərlə bağlı indidən alibi hazırlayırsan?” - deyə Ermənistanın keçmiş baş naziri qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR