Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə katolikos II Qareginə müraciət edərək, onun subaylıq andını pozması ilə bağlı ittihamlara cavab verilməsini istəyib.
Bu barədə Paşinyan feysbuk sosial şəbəkəsində yazıb.
“II Qareginin susması nədən xəbər verir? Biz ondan subaylıq andını pozması və uşağının olması ilə bağlı məsələyə ictimai izahat gözləyirik”, - Ermənistan hökumətinin başçısı bildirib.
Paşinyanın sözlərinə görə, cavabın verilib-verilməməsindən asılı olmayaraq, hər bir variant katolikosun mənəvi statusu üçün ciddi nəticələrə səbəb olur.
“Susmaq razılıq deməkdir və faktiki olaraq onu katolikosluqdan kənar edir. Həqiqəti söyləmək də onu katolikosluqdan uzaqlaşdırmaq deməkdir. Yalan danışmaq isə onun özünü katolikosluqdan kənarlaşdırır”, - Paşinyan qeyd edib.
Xatırladaq ki, mayın 29-da hökumətin iclasında Nikol Paşinyan erməni kilsələrinin zibillə dolu şkaflara bənzədiyini söyləmişdi. Ertəsi gün o, sosial şəbəkədə Ermənistan Apostol Kilsəsinin iyerarxlarına qarşı kobud ifadələr işlətdiyi və arxiyepiskoplardan birini cinsi əxlaqsızlıqda ittiham etdiyi sərt yazı dərc edib. Eyni zamanda, baş nazir subaylıq andını pozan bütün din xadimlərinin dini vəzifə və statuslarının əlindən alınmasını tələb edib.//Report
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ