İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva yenidən “İstanbul danışıqları”na qayıdır – Qaluzindən AÇIQLAMA

Moskva birbaşa danışıqları davam etdirməyə hazırdır və hazırda İstanbul yolunun inkişafı üçün bütün şərtlər mövcuddur.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

“Türkiyə nümayəndələri dəfələrlə İstanbulu onlar üçün platforma kimi təqdim etməyə hazır olduqlarını təsdiqləyiblər. Beləliklə, İstanbul yolunun inkişafı üçün bütün imkanlar var. Təəssüf ki, Kiyev hələ də təkliflərimizi qulaqardına vurur və dialoqdan yayınır, Qərbin dəstəyi ilə güc yolu ilə sülhə nail olmağa ümid edir”, – deyə Qaluzin vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Noyabr 2025

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR