İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan yenə telefondan asılı qalacaq və... - SENSASİON AÇIQLAMA

“Ermənistanın baş naziri Nikol Paşinyan yenə telefondan asılı qalacaq, “Azərbaycanı dayandırın” tipli yalvarışlar edəcək. Bunun bizə təsiri yoxdur, Qərbin əlində bizi durduracaq aləti yoxdur”.

Musavat.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

elxan.jpg (68 KB)

“Bizim üçün önəmli olan şimal və cənub qonşumuzun anti-Azərbaycan addımlardan çəkinmələridir” - deyən politoloq əlavə edib ki, Rusiya hərbi kontingentinin Xocalıdakı qərargahını tərk etməməsi lazımdır: “İranın da indiki həssas məqamda ehtiyatlı mövqe sərgiləməsi gərəkir. Azərbaycanın öz ərazisini nəzarətə götürmək və separatçıları tərk-silah etmək hüququna heç bir dövlət və beynəlxalq təşkilat qarışa bilməz. Əlbəttə, ermənipərəst mərkəzlər haray-həşir salmağa çalışacaqlar, bu, bizi hədəfimizdən yayındırmayacaq. Azərbaycan Qarabağın tamamını nəzarətə götürdükdən sonra təzyiqlər keçmişdə qalacaq. Nikol Paşinyan Qərbi Zəngəzuru itirmək istəmirsə, Azərbaycana müdaxiləni ağlından keçirməməlidir”.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR