İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİON AÇIQLAMA - Rusiya 50 minlik ordu ilə HƏRƏKƏTƏ KEÇİR

Rusiyadan İstanbul sammitində artan sülh ümidlərini puç edəcək addım gəlib.

Musavat.com xəbər verir ki, Britaniya mediası “Sky News” Rusiyanın Xarkov sərhədi boyunca 50 min əsgər topladığını yazıb. Ukraynalı hərbi rəsmilər isə Rusiyanın hücuma hazırlaşdığını bildirirlər.

Ukraynalı hərbçi bildirib ki, rus əsgərləri sərhəd xəttində cəmləşib və bəzi hücumlar da həyata keçirib. O, bu hücumların uğursuz olduğunu və Rusiyanın hücuma hazırlaşdığını vurğulayıb.

Rusiya Müdafiə Nazirliyi son bir həftədə Ukraynanın Sumi, Xarkov və Donetsk bölgələrində 6 yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb. Nazirlik 17-23 may tarixləri arasında Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun fəaliyyəti barədə məlumat verib.

Açıqlamada bildirilir ki, həftə ərzində Ukraynanın hərbi sənaye obyektlərinə yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib. Bu hücumlarda Ukraynanın hərbi sənaye müəssisələri, hərbi hava limanı infrastrukturu, silah və sursat anbarları, pilotsuz uçuş aparatlarının istehsal və saxlanma yerləri, eləcə də ukraynalı və xarici muzdlu əsgərlərin müvəqqəti yerləşdiyi nöqtələr vurulub.

Son həftədə Ukraynanın 6 yaşayış məntəqəsinin Rusiya ordusu tərəfindən ələ keçirildiyi bildirilir:

“Sumi bölgəsində Maryino, Xarkov bölgəsində Radkovka, Donetsk ərazisində Aleksandropol, Novoolenovka, Novaya Poltavka və Bogatır yaşayış məntəqələri ələ keçirilib”.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

24 May 2025

BÜTÜN XƏBƏRLƏR