İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin müdafiə nazirini belə öldürmək istəyiblər

Bəzi mənbələr isə Katza qarşı sui-qəsd cəhdində “İran izi”ni Tel-Əvivin Tehran və Vaşinqton arasında danışıqları pozmaq üçün bəhanə hesab edirlər

İsrailin müdafiə naziri, baş nazir Benyamin Netanyahunun yaxın adamlarından biri olan İsrail Katza qarşı sui-qəsd cəhdinin təfərrüatları bəlli olub.

Musavat.com xatırladır ki, müdafiə naziri Tehrana qarşı sərt mövqeyi ilə tanınır, İranın nüvə silahına sahib olmasının qarşısının “nəyin bahasına olursa olsun alınmasına” tərəfdardır. Bəzi mənbələr isə Katza qarşı sui-qəsd cəhdində “İran izi”ni Tel-Əvivin Tehran və Vaşinqton arasında danışıqları pozmaq üçün bəhanə hesab edirlər.

İş üzrə əsas təqsirləndirilən ölkənin aparıcı mühəndislik məktəblərindən biri olan “Texnion”un informatika fakültəsinin tələbəsi 24 yaşlı Roy Mizrahidir. Mizrahinin İran kəşfiyyatı tərəfindən ələ alındığı iddia olunur. Bildirilir ki, 24 yaşlı tələbəbinin qumarda xeyli borcu yaranıbmış ki, bu da onun ələ alınmasını asanlaşdırıb.

Əvvəlcə ona sadə vəzifələr məsələn, təbliğat materialları yaymaq və İsrail gəncləri arasında əhval-ruhiyyə haqqında məlumat toplamaq həvalə edilib. Plan Katzı ölkənin Müstəqillik Günü ərəfəsində (aprelin 30-dan mayın 1-dək) öldürmək və bunu Qəzza zolağında “qanlı əməliyyatın qisası” kimi təqdim etmək planı olub.

İranlıların göstərişi ilə Mizrahi Hayfa limanı yaxınlığında kamera quraşdırıb və sui-qəsd sifarişçilərinə ona giriş imkanı verib. Həmçinin, bəzi məlumatlara görə, o, bir neçə dəfə şəhərin dövlət qurumlarının kompyuterlərinə DDoS hücumlarının təşkilində iştirak edib.

Bir neçə həftə sonra, yeni agentin sədaqətinə şübhə qalmayanda, Mizrahi dostu Almoqa Atiası işə cəlb edərək iranlılara casus şəbəkələrini genişləndirməyə kömək edib. İran Mirzahin sınaqdan çıxdığını görüb İsrael Katzı aradan götürmək əmri verib. 2024-cü ilin payızından müdafiə naziri vəzifəsini icra edən Katz İranın nüvə infrastrukturuna preventiv zərbələr vurulmasına tərəfdar idi. Yəni onun aradan qaldırılması tamamilə Tehranın milli təhlükəsizliyinin maraqlarına uyğun idi.

Sui-qəsd sifarişi aldıqdan bir neçə gün sonra onlar ölkənin cənubuna, Katzın daimi yaşadığı Kfar Ahim qəsəbəsinə yerləşiblər. Məqsəd orada nazirin evinə daimi nəzarəti təmin edən müşahidə kamerası quraşdırmaq idi. Lakin ərazidə polis patrulunun peyda olması onların planlarını alt-üst edib.

Sui-qəsdçilər kamera söküb ehtiyat plana keçiblər. Onlar nazirin kortejinə hücum təşkil etməyi planlaşdırıblar. Bu məqsədlər “qara bazar”dan tüfəng və səsboğucuları olan tapança, eləcə də bir neçə əldəqayırma bomba alıblar. Amma bu planda da alınmayıb, onlar ələ keçiblər. Rəsmi Tehran İsrail tərəfinin sui-qəsd hazırlıqla bağlı məlumatını ciddiyə almayıb.

İsrail kəşfiyyat Roy Mizrahini həbs etsə də, bu məlumatı məxfi saxlayıb və sui-qəsdi planlaşdıran digərlərini də axtarmağa başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

24 May 2025

BÜTÜN XƏBƏRLƏR