Onlayn ictimai-siyasi qəzet
Moskvanın hava hücumundan müdafiə sistemləri (HHM) şəhərə yönələn iki pilotsuz uçuş aparatının (PUA) hücumunu uğurla dəf edib.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin Telegram kanalında məlumat verib.
"Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qoşunları Moskvaya uçan iki düşmən PUA-nın hücumunu dəf edib. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri işləyir", - mer yazıb.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviatsiya) məlumatına görə, hücum səbəbindən Moskva vaxtı ilə saat 23:35-dən etibarən "Domodedovo" və "Jukovski" hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
İqbal RZAYEV,
Musavat.com
25 May 2025
24 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ