İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovun bu fotosu Türkiyəyə mesajdır

Rusiya Cənubi Qafqazda genişmiqyaslı müharibəyə hazırlaşır?

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ölkə hakimiyyətinin Ermənistan-Rusiya münasibətlərinə pozmaq niyyətində olmadığı barədə bəyanatına inanmamalıyıq. Çünki bu, həqiqətən də doğru olsaydı, indiki Ermənistan hökuməti bunu öz addımları ilə təsdiq edərdi. Məsələn, Nikol Paşinyan Rusiyanın Qafanda konsulluğunun açılması prosesini imkan daxilində pozur”.

Musavat.com xəbər verir ki, hərbi ekspert Hayk Nahapetyan Lavovun Ermənistana iki günlük işgüzar səfərinin nəticələrini şərh edərkən belə deyib.

Hərbi ekspert deyib ki, Sünik (Zəngəzur) Rusiya üçün strateji əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Sergey Lavrov mətbuat konfransında Qafanda Rusiya konsulluğunun açılması istiqamətində işlərin davam etdiyini bir daha vurğulayıb. Onun sözlərinə görə, Rusiya XİN rəhbərinin bu bəyanatı bir daha təsdiqləyir ki, Ermənistan tərəfi iki ildir ki, bu məsələni həll etməkdən bilərəkdən yayınır. Ekspertin fikrincə, bu cür davranış Nikol Paşinyanın digər geosiyasi mərkəzlərdən aldığı göstərişlər kontekstinə uyğun gəlir.

Lavrovun səfərinin ikinci mühüm mesajı barədə danışan Naqapetyan rusiyalı nazirin Ermənistana gələrkən Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini ehtiramla yad etməsinə diqqət çəkib. “Az sonra simvolik foto dərc olundu - Lavrovun Ağrı dağı fonunda... Lavrovun Ağrı dağı fonunda fotosu Rusiyaya qarşı bir neçə istiqamətdə hərbi cəbhə açmağa çalışan Türkiyəyə mesajdır. Rusiyaya hücum üç əsas nöqtədə hazırlanır: Qara dənizdə, Suriyada və Cənubi Qafqazda.

Ankara da bu proseslərdə fəal rol oynayır. Lavrov İrəvana, mahiyyət etibarı ilə, sonuncu dəfə bunu aydınlaşdırmaq üçün gəlib: Rusiya Cənubi Qafqazda genişmiqyaslı müharibəyə hazırlaşır və ona görə də Ermənistan hökumətinin hansı mövqedən çıxış edəcəyini anlamaq son dərəcə vacibdir”, - Nahapetyan qeyd edib.

Bu arada məlum olub ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 27-29-da Moskvada keçiriləcək təhlükəsizlik məsələləri üzrə ali nümayəndələrin beynəlxalq toplantısında iştirak etməyəcək. Bu barədə erməni jurnalistlərə Təhlükəsizlik Şurasının ofisindən məlumat verilib

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Respublika Gününə həsr olunmuş tədbirlərdə iştirak etdiyi üçün mayın 28-də Moskvada keçiriləcək iclasda iştirak etməyəcək”, - məlumatda deyilir.

Bundan əvvəl Ermənistanın “Hraparak” qəzeti Rusiyanın Ermənistanın daxili siyasi həyatına fəal maraq göstərməyə başladığını, Ermənistanla bağlı yeni kurator, Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenkonun vəziyyətlə tanış olduğunu yazmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

24 May 2025

BÜTÜN XƏBƏRLƏR