İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanından tarixi qərar - 74 ildən sonra bu qadağa ləğv edildi

Səudiyyə Ərəbistanı 1952-ci ildən bu yana qüvvədə olan alkoqol qadağasını qismən aradan qaldırmaq qərarı verib.

Musavat.com xəbər verir ki, krallıq hökumətinin qəbul etdiyi yeni qərara əsasən, 2026-cı ilə qədər ölkədə seçilmiş 600 turistik məkanda alkoqol istifadəsinə icazə veriləcək.

Yeni qaydalar yalnız turizm məqsədilə fəaliyyət göstərən obyektlərə – lisenziyalı beşulduzlu otellərə, kurortlara və digər seçilmiş obyektlərə şamil olunacaq. Bu çərçivədə yalnız şərab və pivə istifadəsinə icazə veriləcək, sərt alkoqollara isə qadağa davam edəcək.

Qeyd edək ki, bu yeniliklə yanaşı, ictimai yerlərdə, şəxsi evlərdə və mağazalarda alkoqol istifadəsi və satışı hələ də qadağan olaraq qalır.

Tarixi qərarın arxasında duran hadisə

1951-ci ildə Səudiyyə şahzadəsi Mişari bin Əbdüləziz Əl Səudun sərxoş vəziyyətdə təşkil olunmuş bir məclisdə İngiltərənin baş konsul müavinini vurması ölkədə böyük rezonansa səbəb olmuşdu. Məhz bu olaydan sonra, 1952-ci ildə Kral Əbdüləziz ölkədə alkoqolu tamamilə qadağan edən qərar vermişdi. Bu qanun 74 il ərzində qüvvədə qalıb.

Alkoqol qadağasının qismən ləğvi, Səudiyyə Ərəbistanının turizm sektorunu canlandırmaq və ölkənin beynəlxalq aləmdəki imicini müasirləşdirmək istiqamətində atdığı addımlar çərçivəsində qiymətləndirilir. Yeni qərarın bölgədə turizm dinamikasına necə təsir edəcəyi isə maraqla izlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

24 May 2025

BÜTÜN XƏBƏRLƏR