İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın xüsusi elçisi Suriya prezidenti ilə görüşdü

ABŞ-ın Türkiyədəki səfiri və Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak İstanbulda olan Suriya prezidenti Əhməd əş-Şaraa ilə görüşüb.

Musavat.com xəbər verir ki, məlumatı səfir özünün X hesabında paylaşıb.

Görüş zamanı Barak qeyd edib ki, ABŞ-ın Suriyaya qarşı sanksiyalarının bu yaxınlarda ləğvi Vaşinqtonun regiondakı tərəfdaşlarına ölkəyə humanitar və maliyyə yardımı, eləcə də enerji resursları çatdırmağa imkan verəcək.

O vurğulayıb ki, Amerika administrasiyası Suriya hakimiyyətindən İŞİD-lə mübarizəni davam etdirəcəyini gözləyir:

“Mən həmçinin prezident Donald Trampın xarici terrorçu döyüşçülər, İŞİD-ə qarşı mübarizə tədbirləri, İsraillə əlaqələr, Suriyanın şimal-şərqindəki düşərgələr və saxlama mərkəzləri ilə bağlı qaldırdığı məsələlərdə təsirli addımlar atdığı üçün Əhməd əş-Şaraaya təşəkkür etdim”.

Qeyd edək ki, bu gün Əhməd əş-Şaraa Türkiyəyə qəfil səfərə gəlib. Səfərlə bağlı əvvəlcədən heç bir məlumat açıqlanmayıb. Suriya prezidenti Dolmabahçe sarayında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

24 May 2025

BÜTÜN XƏBƏRLƏR