İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın vurduğu Rusiya zavodunun PEYK GÖRÜNTÜLƏRİ - FOTOLAR

Xəbər verdiyimiz kimi, mayın 23-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Lipetsk vilayətinin Yelets şəhərindəki “Energiya” zavoduna hücum edib.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, Rusiya strateji müəssisəsinə edilən hücumun nəticələrini əks etdirən peyk görüntüləri ortaya çıxıb.

Görüntülər "X" sosial şəbəkəsində "Open Source Center" səhifəsində yayımlanıb.

Məlumata görə, “Energiya” zavodu “İskəndər” raketləri və aviabombalar üçün komponentlərin istehsal edildiyi müəssisədir və hücum nəticəsində ciddi dağıntılar baş verib. Dərc edilmiş peyk şəkilləri binalardan birinə ciddi ziyan dəydiyini göstərir.

Qeyd edək ki, mayın 23-də hücuma məruz qalan “Energiya” zavodunun məhsulları məşhur “İskəndər” və “Kinjal” raketlərinin istehsalında istifadə olunur.

Müəssisə pilotsuz uçuş aparatları üçün akkumulyatorlar, rabitə sistemləri üçün litium-ion və civə-sink elementləri, tanklar və raket sistemləri üçün simulyatorlar, Rusiya Müdafiə Nazirliyinin ehtiyacları üçün elektrokimyəvi kondensatorlar və avtonom enerji təchizatı üçün işıq-optik enerji qurğuları istehsal edir.

“Energiya” zavodu Rusiya Müdafiə Nazirliyindən əlavə, “Roskosmos”, Rusiya DİN, FTX, FHN və “Qazprom”la da əməkdaşlıq edir.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

24 May 2025

BÜTÜN XƏBƏRLƏR