İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Vardanyanın Qarabağı tərk etməsini tələb edir –"İstefasını baş nazir istəyib"

“Nikol Paşinyan Ruben Vardanyanın Qarabağda işləməsini istəmir. Bu Paşinyanın tələbi olub”.

Azpost.info bildirir ki, bu sözləri separatçı Xankəndi güruhunun nümayəndəsi David Qalstyan bəyan edib.

Onun sözlərinə görə, Vardananla separatçıların rəhbəri Araik Arutunyan arasında heç bir şəxsi problem yoxdur. Vardanyanın istefa məsələsini Paşinyanın təşəbbüsü ilə qaldırılıb: “Paşinyna Vardanyanın Qarabağda işləməsini istəmir. Bu Baş nazirin tələbi olub. Hər dəfə Vardanyan Paşinyana müqavimət göstərəndə problemlər ortaya çıxır. Vardanyan deyib ki, Ermənistandan təkcə maliyyə və humanitar dəstək gözləmir. Ermənistan vəziyyətin tənzimlənməsi üçün daha ciddi iş aparmalıdır. Bu isə Paşinyanın xoşuna gəlməyib”-deyə Qalstayn bildirib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR