Onlayn ictimai-siyasi qəzet
Azərbaycanlı bloger və məşhur parodiya ustası Maşallahoğlu növbəti dəfə gündəmi silkələyən yumorlu bir şedevrlə izləyicilərinin qarşısına çıxıb. Bu dəfə o, hazırda Tiranada səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyanın ayrı-ayrı kadrlarını montaj edərək, onları Azərbaycan dilində dublyaj edib. Nəticədə yüksək keyfiyyətli və gülüş doğuran bir səhnə ortaya çıxıb.
Musavat.com xəbər verir ki, görüntülərdə Paşinyanın müxtəlif protokol görüşləri, mətbuat qarşısında çıxışları və fotolent kadrları peşəkar şəkildə birləşdirilərək, Maşallahoğlunun özünəməxsus bədii və yumorlu üslubu ilə təqdim olunur. Videoda həmçinin rəqəmsal montaj və səsləndirmə texnikaları ilə real situasiyalara absurd və ironik məna qatılıb.
Yeni parodiya əsəri “Paşinyan Tiranada” adı ilə yayımlanıb və artıq sosial şəbəkələrdə viral hal alıb. Qısa zamanda on minlərlə baxış toplayan bu video istifadəçilər tərəfindən “əsl sənət işi”, “həm güldürən, həm düşündürən” və “ən güclü parodiyalardan biri” kimi qiymətləndirilib.
Musavat.com Maşallahoğlunun bu əsərini oxucularına təqdim edir.
Musavat.com
17 May 2025
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ