İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən Əliyevin Putinə zənginə REAKSİYA: Üç ay sonra... – CANLI

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığını vacib adlandırıb. Bugünkü brifinqdə Kremlin sözçüsü dövlət başçıları arasında telefon danışığının olduğunu təsdiqləyib.

“Həqiqətən telefon zəngi olub. Bu, vacibdir. Prezident Əliyev Prezident Putini ad günü münasibətilə təbrik edib. Hələlik bu günə bunu deyə bilərəm”, - Peskov qeyd edib.

İki ölkə arasında buzların əriməyə başladığını demək olarmı? Prezident Tacikistanda keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak edə bilərmi? Bu zəngdən sonra vurulan təyyarəmizlə bağlı Rusiya hansı addımı atacaq?
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Mehman İsmayılovla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR