Onlayn ictimai-siyasi qəzet
Dünyada siyasətdə LGBT nümayəndələrinin rolu getdikcə artır. Artıq bir sıra ölkə və regionlarda açıq şəkildə gey, lezbiyan, biseksual və homoseksual siyasətçilər ali dövlət vəzifələrində təmsil olunurlar.
Hazırda bir neçə ölkənin ali rəhbərliyi LGBT icmasının nümayəndələri tərəfindən idarə olunur.
Andorranın Baş naziri Xavyer Espot Samora və Latviyanın prezidenti Edqars Rinkeviçs açıq şəkildə gey olduqlarını bəyan etmiş dövlət başçılarıdır. Onlar Avropada bu statusda fəaliyyət göstərən ilk liderlər sırasındadır.
Lakin açıq şəkildə cinsi oriyentasiyasını bəyan edən ilk lider Yohanna Siqurdardottirdir. O, 2009-cu ildə İslandiyanın Baş Naziri kimi fəaliyyətə başlayandan sonra ölkənin hökumət başçısı kimi fəaliyyət göstərən ilk lezbiyan siyasətçisi olub.
O, baş nazir seçildikdən sonra "Mənim missiyam cəmiyyətimizin hər aspektdə modernləşdirilməsidir. İndi irəliyə doğru addım atmağın, cəmiyyətimizi, ölkəmizi və iqtisadiyyatımızı 21-ci əsrə gətirməyin vaxtıdır", - fikirlərini qeyd edib. Xatırladaq ki, Serbiya hələ də məhdud LGBT+ hüquqlarına malik ölkədir. 1994-cü ildə homoseksuallıq dekriminallaşdırılıb. Cinsi müxtəlifliyə əsaslanan ayrı-seçkiliyin qarşısını almaq üçün hüquqi müdafiələr mövcuddur, lakin eynicinsli nikahlar hələ qanuni deyil və eynicinsli valideynlərin uşaqları övladlığa götürməsi mümkün deyil.
Latviyanın prezidenti Edqars Rinkeviç isə, prezident seçildikdən sonra öz cinsi oriyentasiyasını bu şəkildə cəmiyyətə çatdırıb: "Qürurla bildirirəm ki, geyəm... Hər kəsə uğurlar".
Andorranın Baş naziri Xavyer Espot Samora isə gey olduğunu ictimaiyyətə bu sözlərlə çatdırıb: "Mən geyəm və bunu heç vaxt gizlətməmişəm. Bu mənim bütünlüklə siyasi şəxsiyyətimi müəyyən etmir".
Bu siyahıda sabiq liderlərin sayı qat-qat çoxdur:
Belçikanın sabiq Baş naziri Elio Di Rupo – Gey
Lüksemburqun sabiq Baş naziri Xavyer Bettel – Gey
İrlandiyanın sabiq Baş naziri Leo Varadkar – Gey
Serbiyanın sabir Baş naziri Ana Brnabiç – Lezbiyan
Fransanın sabir Baş naziri Qabriyel Attal – Gey
San Marinonun Baş naziri Paul Rondelli – Gey/Sfera.az
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ