İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu proses həm Azərbaycan-Ermənistan münasibətlərində yeni səhifə açır, həm də...”

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündəki çıxışında çox vacib nüanslara toxundu. Ölkə başçısının çıxışında diqqətçəkən məqamlardan biri də 8 avqustda Ağ Evdə imzalanan üçtərəfli sənədlə bağlı oldu.

İlham Əliyev bildirdi ki, iki ay əvvəl Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək.

Dövlət başçısı ATƏT-in Minsk qrupunun ləğvinin vacibliyini vurğulayaraq, bununla keçmiş münaqişənin bu qalıqlarının da aradan qaldırıldığını qeyd etdi.

ZURİYE.jpg (175 KB)

Politoloq Züriyə Qarayeva Musavat.com-a bildirib ki, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Qəbələ zirvəsində səsləndirdiyi bəyanat Cənubi Qafqazda tamamilə yeni mərhələnin başlanğıcını təsdiqləyir:

“Vaşinqtonda paraflanmış sülh sazişi regionun uzun illər davam edən qarşıdurma dövründən sabitlik və əməkdaşlıq fazasına keçidini təmin edir. Ən mühüm məqam isə ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların rəsmi şəkildə bağlanmasıdır - bu, Azərbaycanın 30 illik diplomatik mübarizəsinin yekunu kimi dəyərləndirilir. Artıq “münaqişə bölgəsi” anlayışı siyasi leksikondan çıxır, yerini “sülh və əməkdaşlıq məkanı” anlayışına verir. Bu proses həm Azərbaycan-Ermənistan münasibətlərində yeni səhifə açır, həm də Cənubi Qafqazda regional inteqrasiyanın və iqtisadi bərabərləşmənin reallaşması üçün real zəmin yaradır”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR