Onlayn ictimai-siyasi qəzet
Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev komadan ayılıb.
Bu barədə Musavat.com-a onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.
“Süni tənəffüs aparatından ayrılıb. İndi müəyyən zəiflikləri var. Nəfəs məşqləri və fizioterapiya prosesləri başlayacaq. Atamın huşu özündədir, toparlanmağa çalışır. Ümid edirəm ki, yaxın günlərdə palataya köçürüləcək. Müalicə davam edir”, - o bildirib.
Qeyd edək ki, Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev Məlhəm Hospitalının reanimasiya şöbəsində müalicəsini davam etdirir. Ona sepsis və septik şok diaqnozu qoyulub.
Şahanə Rəhimli
Musavat.com
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ