İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan niyə Moskvadan düşmən obrazı yaradır?

1990-cı ildən bəri ilk dəfə olaraq Rusiya-Ermənistan münasibətlərində nəzərə çarpacaq böhran yaranıb. Son aylarda Ermənistanda anti-Rusiya ab havası artıb, Vladimir Putin və Ukraynadakı müharibə əleyhinə aksiyalar keçirirlir. Bu da azmış kimi yerli KİV-də "Surmalu faciəsi"nin arxasında Moskvanın dayanmasını iddia edən silsilə yazılar dərc edildi.

Son günlər isə İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması daha çox gündəmə daşınır. İş o yerə çatıb ki, baş nazir Nikol Paşinyan da KTMT-nin sərhəd məsələlərində, silah satışında bir işə yaramadığını aşkar şəkildə dilə gətirir. Bütün bu xaotik mənzərə fonunda yerli media baş nazirin ölkəni yenidən açıq şəkildə Qərbə sürükləməyə başladığını yazır.

Məsələn, "Jam" saytında dərc edilən təhlildə Paşinyanın Rusiyadan aşkar formada düşmən obrazı yaratması iddia olunur. Təhlilçi David Mkrtçyan yazır ki, indiki ssenari İrəvan üçün arzuolunmaz məcraya yönəlir.

"Nikol Praqada müqəddərat məsələsindən de-yure imtina etdi" - Ermənistan KİV"Məlum olub ki, Nikol Paşinyan Parisdə Fransa prezidenti Emmanuel Makrona Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə mülki yox, hərbi müşahidəçilər göndərilməsini təklif edib. Məhz buna görə də Makron Paşinyanın təklifini “cəsarətli addım” adlandırıb.

Ermənistanın sadə vətəndaşları bunun nə demək olduğunu anlamaya bilərlər. Lakin ekspertlər və siyasi elitanın nümayəndələri bunun Ermənistan üçün hansı nəticələrə səbəb ola biləcəyini başa düşməlidirlər.

Aydın məsələdir ki, təkcə Rusiya deyil, İran da silahlı missiya, hərbiləşdirilmiş müşahidəçilər ideyasına qarşı çıxacaq. Yəni bu gün Türkiyə-Azərbaycan tandeminin əl-qolunu cilovlamağa çalışan ölkələr bunu da arzulamazlar", - müəllif yazıb.

Maraqlıdır ki, analitik bölgəyə Avropa İttifaqının yalnız mülki missiya göndərə bilməsini onunla əlaqələndirib ki, Azərbaycan hərbi müşahidəçilər təklifinə qarşı çıxıb. Yəni, rəsmi Bakının Paşinyanın məlum ideyasına veto qoyması öz sözünü deyib.

"Belə çıxır ki, Azərbaycan İran və Rusiyanın da qarşı olduğu Ermənistanın məlum ideyasına mane olur. Bizdə bu cür bir anti-dövlət, anti-erməni xarici siyasətin olacağını təsəvvür etmək çətin idi.
Əslində Paşinyan bütün gücü ilə Moskva və Tehranı Ermənistanın onlar üçün etibarsız tərəfdaş olduğuna inandırmağa çalışır.

Məlum məsələdir ki, Nikolun dövlətçilik əleyhinə yürütdüyü bugünkü siyasətinə görə cavabdehliyi sonda Ermənistan daşıyacaq. Bu cür dişsiz siyasətin nəticəsidir ki, Azərbaycan daha da irəli gedərək sərhəddə daha çox erməni əsgərin ölməsinə səbəb olan gedişlər edir. (Əslində isə sərhəd təxribatlarını İrəvan törətmişdi-red.) Ölkədə uşaqsız anaların sayı sırf bir nəfərə görə artır... Və belə bir siyasətin əsl səbəbi nədir? O niyə ardıcıl olaraq dövlət əleyhinə siyasət aparır? Aİ-nin bu qırx mülki müşahidəçisi Ermənistana nə fayda verəcək axı?", - məqalədə yazılıb.

Müəllif qeyd edib ki, Paşinyanın məlum xarici siyasətinin sonu Bakının lehinə işləyəcək. Sonda Tehran və Moskvada oturanlar bir daha qeyd edəcəklər ki, Azərbaycan onlar üçün Ermənistandan daha çox proqnozlaşdırıla bilən, hansı yöndə konkret siyasət yürütdüyü bəlli olan ölkə sayılır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR