Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan ona çıxan ölkələri və təşkilatları təqib edir ki, bu, onun “etnik təmizləmə” (?!) siyasətinin tərkib hissəsidir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir həyasız açıqlama iyulun 6-da Ermənistan hökumətinin iclasında respublikanın baş naziri Nikol Paşinyan tərəfindən səslənib.
Paşinyan həmin iclasda Fransanın vəkili funksiyasını öz üzərinə götürüb.
“Bununla bağlı Azərbaycan artıq bir neçə aydır ki, Fransaya qarşı genişmiqyaslı antitəbliğata başlayıb, çünki Fransa rəsmi və digər platformalarda Bakının Qarabağ ermənilərinə qarşı addımları barədə məqsədyönlü siqnallar verir. Fransaya qarşı aparılan təbliğat Qarabağda yaranmış “humanitar böhranın” digər dövlətlər tərəfindən mümkün məqsədyönlü dəyərləndirmənin qarşısını almaq məqsədi daşıyır”,-deyə erməni baş nazir öz “bacısına” bu sözlərlə qahmar çıxıb.
Onun sözlərinə görə Ermənistan bu məsələdə hər zaman Fransanın yanında olmalıdır.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ