Onlayn ictimai-siyasi qəzet
Türkiyənin “Yeni Akit” nəşri iddia edir ki, Ermənistan hökumətinin uzun müddətdir üzərində işlədiyi “normallaşma planı”na əsasən, Zəngəzur dəhlizi boyunca – Qafan şəhərindən Naxçıvanla sərhədə qədər uzanan, ümumilikdə 1200 kvadrat kilometr ərazi Azərbaycanın nəzarətinə veriləcək.
Musavat.com xəbər verir ki, nəşrin yazdığına görə, bu, baş nazir Nikol Paşinyanın “Dördüncü Respublika” adlandırdığı yeni regional geosiyasi modelin tərkib hissəsidir.
Plan çərçivəsində Türkiyə də Ermənistanın keçmiş “Marqara” sərhəd-keçid məntəqəsi yaxınlığında yerləşən kiçik təhlükəsizlik zonasına faktiki nəzarət edəcək.
Məlumata görə, həmin ərazi Türkiyənin xüsusi inzibati idarəçiliyi altında olacaq.
Paşinyanın planı Ankara üçün böyük iqtisadi əhəmiyyət daşıyır, çünki bu marşrut Türkiyəyə Orta Asiya ölkələrinə – türkdilli xalqların yaşadığı regionlara və Xəzər dənizinə birbaşa quru nəqliyyat əlaqəsi açır.
Türkiyə və Ermənistan mediasının iddialarına görə, yaxın günlərdə Paşinyan bu məsələ ilə bağlı rəsmi bəyanatla çıxış edə bilər.
Musavat.com
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ