Onlayn ictimai-siyasi qəzet
Ötən gecə Azərbaycanda baş verən zəlzələ hayların gerçək sifətini bir daha nümayiş etdirdi. Biz bir az da unutqan toplumuq, zaman keçdikcə düşmənə kinimiz aradan qalxır, “şeytana lənət” deyib, keçirik məsələlərin üstündən. Amma baxın, Hayastan əhalisi necə sevincək izləyirdi xüsusən də Bakının silkələnməsini... Sosial mediada müzakirələr açılmışdı, başkəndimizdəki bir az da panik reaksiyaları tirajlayırdılar, növbəti, daha güclü təkanları gözləyirdilər. Kim bilir, bəlkə elə sosial şəbəkələrdə “daha güclü zəlzələnin anonsu”nu yayanların başında damarlarında erməni qanı axanlar dayanırdı, hər halda müvafiq qurumların əhalimizdə əsassız təşviş yaradan, insanların emosional vəziyyətindən sui-istifadə edənlərlə bağlı araşdırmalar aparacağına şübhəmiz yoxdur...
Haylar Türkiyədəki fevral zəlzələsindən sonra da toy-bayram edirdilər, hətta türklərə yardım adı ilə zəhərlənmiş ərzaq məhsulları göndərməyi təklif edən şərəfsizlər çıxmışdılar ortaya. Belələri üçün nə insanlıq, nə bəşəri dəyərlər, nə qonşuluq... Uşaqları doğulanda “türk sənin düşmənindir” pıçıldayan haykanuşların doğub-törədiklərindən başqa nə gözləyəsən? Bunlar Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmağın alternativinin olmadığını anlayırlar. Amma elə dünən deputatlardan birinin dediyi kimi, çalışıb vaxtı uzadırlar, daha “uyğun şərait” yaransın deyə... Onlar həsrətlə gözləyirlər ki, Türkiyə və Azərbaycan fəlakətlərlə üz-üzə qalsın, əl-qolları açılsın. Arzuları gözlərində qalacaq!
Hay yığınının Bakı zəlzələsinə sevindiyini görəndə qeyri-ixtiyari Spitak və Gümrü (Leninakan) zəlzələsini xatırladım - 7 dekabr 1988-ci ili. Bakıda baş verən zəlzələdən (5,5 bal) güclü idi - 7 bal gücündə. 30 saniyə ərzində Spitak, Gümrü və digər bir neçə şəhər darmadağın olmuşdu. O zaman azı 25 min nəfər öldü. Amma Azərbaycanda kimsə Ermənistanın dağılmasına, hayların məhvinə sevinmədi, baxmayaraq ki, Sumqayıtda Azərbaycana qarşı alçaq plan həyata keçirilmişdi, insanlarımızın öz yurd-yuvalarından qovulmasına, qətlə yetirilməsinə başlanmışdı. Amma bütün bunların fonunda Azərbaycan Ermənistana ilk yardım əlini uzadan respublikalardan oldu. Ancaq Hayastanın bizə “cavabı”... İL-76 təyyarəsini yanlış istiqamətləndirib qəzaya uğratdılar, 78 könüllü azərbaycanlı həlak oldu. Törədilən terrorun sirri sonadək bu günədək açılmayıb...
Yeri gəlmişkən, Bakının mərkəzi hissələrindən birində İL-76 qurbanlarının xatirəsinə abidə qoyulacaqdı, bu günədək həllini tapmayıb. Hayastanda hətta terrorçulara abidə qoyulur, Njdenin ardınca “Nemezis” terror təşkilatına...
Guya ki, Hayastan Azərbaycan və Türkiyə ilə əlaqələrin normal məcraya salınmasını istəyir. Amma biz nə görürük? Türkiyə ilə sərhəd qapısını təmir edən haylar digər tərəfdən də hansısa ərəb ölkəsindən gəlmiş ermənilərin gizlincə Ağrı dağına çıxaraq Ermənistan bayrağını qaldırmasını bayram edirlər. Ağrı dağına, Türkiyənin ətraf ərazilərinə iddiaları davam etdirirlər. Ölkə konstitusiyasında əksini tapan iddialar da ortadan götürülməyib. Belə olan təqdirdə Türkiyə Ermənistanla normal əlaqələr qura bilərmi? Çətin. Düzdür, Paşinyan Türkiyədəki zəlzələdən sonra Cümhurbaşqanı Ərdoğana zəng etdi, başsağlığı verdi, yardım yolladı. Amma bunu həm də Türkiyə ilə Azərbaycanın arasına girməkdən, münasibətləri pozmaqdan ötrü etdi...
Azərbaycana gəldikdə, vəziyyət daha da qəlizləşir. Təsəvvür edin, ermənilər azərbaycanlıların gecəyarısı qəfildən zəlzələyə yaxalanmasına bu qədər sevinirlər. Belələri ilə dinc, yanaşı yaşamaq olarmı? Bilirik, müharibə cinayətləri törədənlərdir, Gəncədə yatmış körpələri elə gecəyarısı qanına qəltan edənlərdir, heç dəyişməyiblər...
Şükürlər olsun, Bakı və ətraf bölgədə baş verən zəlzələ nəticəsində kimsənin burnu qanamadı, peşmançılıq olmadı. Amma elə ötən gecə İrəvanda baş verən dəhşətli partlayış nəticəsində iki qaraj tamamilə dağıldı, yaralıların olduğu bildirildi. Lakin sevinən azərbaycanlı görmədim izlədiyim qədər...
Azərbaycan hətta gerçək münasibətləri bildiyi halda, Qarabağdakı hayların tələbatını ödəməyə, hansısa ərzaq və sair gündəlik tələbat mallarını çatdırmağa hazırdır, lakin bunun qarşılığında mundar, qeyri-insani münasibət görür. Özü də belə bir münasibət Vaşinqtonda, ardınca Brüsseldə davam edən sülh danışıqlarının fonunda nümayiş etdirilir. İllərdir xalqların sülhə hazırlanması müzakirələri gedirdi ATƏT-matətin təşkilatçılığı ilə, hanı nəticəsi? Hayastan rəhbərliyinin özü belə, sülhə hazır olmadığını nümayiş etdirir. Sərsəmləyənlər bir-birini əvəz edir, o gün Paşinyan əsassız iddialar səsləndirdi, dünən də Alen Simonyan ənənəsinə sadiq qalıb yenə də “xaric səs”lər üfürüb beynəlxalq auditoriyaya...
Bölgədə sülh istəyən, Azərbaycanla ədavətə son qoymağı önəmli sayan ölkənin rəhbəri öz xalqını da mənfur düşüncələrdən uzaqlaşdırmaq üçün Azərbaycana “keçmiş olsun” mesajı verə bilərdi. Amma heç şübhəsiz, Nikol da Bakının dağılmasını gözləyənlər sırasında idi... Xəzər sahilindəki Hərbi Qənimətlər Parkında sərgilənən erməni texnikalarının dağı sinəsindən çətin gedə...
Amma və lakin nəhayət, islah olunmalıdırlar, alternativi yoxdur, ya Azərbaycan deyən olacaq, ya da... Və bu arada Ermənistan-Gürcüstan sərhədində 3-4 bal gücündə zəlzələ olub. Yəni günün birində Spitak, Gümrü fəlakəti yenidən təkrarlana, lap elə İrəvanda hayların boğazından yapışa bilər, bu, bir qəzavü-qədərdir, kimsə sığortalanmayıb, haylar unutmasınlar! Başlarına bir müsibət gələndə yenə də ilk köməyə yetişən Azərbaycan olacaq. Elə bir neçə ay əvvəl həkimlərimiz Laçın yolunda halı pisləşən erməni qadınlara ilkin yardım göstərib, onları Xankəndiyə çatdırmadılarmı? Bu, bizim fərqimizdir...
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ