İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Ağ Evin "qara siyahı"sına düşdü

Ermənistan Baş naziri Nikol Paşinyanın Tramp administrasiyası ilə münasibətləri pis durumdadır.

Bu barədə "Past" qəzeti yazıb.

Qeyd olunur ki, Paşinyan ABŞ-də seçki kampaniyası zamanı Demokratlar Partiyasının namizədi Kamala Harrisi dəstəklədiyi üçün Ağ Evin "qara siyahısı"na düşüb.

"Vitse-prezident Ceyms Devid Vensin Ağ Evdəki son görüş zamanı Zelenskinin seçki kampaniyası zamanı Harrisi dəstəkləmək üçün Pensilvaniyaya getməsini xatırlatması da Paşinyana bir siqnal idi. Ermənistanın ABŞ-dəki səfiri Lilit Makunts da bu məqsədlə Pensilvaniyada olmuşdu.

Paşinyanın ABŞ ilə münasibətlərində ən böyük problemi odur ki, onun nəinki yeni administrasiya ilə, hətta ermənipərəst fiqurlarla da yaxşı münasibətləri yoxdur. Dövlət katibi Marko Rubio, Vens və digər şəxslərlə əlaqələr qura bilməyib", - qəzet bildirib. /Modern.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

05 Mart 2025

BÜTÜN XƏBƏRLƏR