İnsanlara hürriyət, millətlərə istiqlal!

Partiya sədrləri də Laçın aksiyasına qoşulacaqmı? - VİDEO

Məlum olduğu kimi, artıq 3-cü gündür Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirilir. Məsələ artıq dünya dövlətlərinin də diqqətindədir, lakin cavab verməsi gözlənilən tərəf isə hələ də susur. Qeyd edək ki, aksiyaya qoşulmaq üçün xeyli sayda vətəndaş artıq əraziyə yollanıb. Onların sırasında həm siravi, həm də səlahiyyətli nümayəndələr var.

Biz də sözügedən aksiyada iştirakı ilə bağlı bəzi siyasi partiya rəhbərləri ilə əlaqə saxladıq. Maraqlıdır, onlar həmin aksiyadakı fəalların sırasına qoşulmaq istərdilərmi?

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu siyasi partiyaların bu işə qoşulmasını doğru hesab etmədiyini deyir. Sədr bildirir ki, bu hal məsələni daha da siyasiləşdirə bilər.

Ağ Partiyanın sədri Tural Abbaslının da aksiyaya qoşulmaq barədə rəyini öyrəndik.

Azərbaycan Xalq Partiyasının sədri, siyasətçi Pənah Hüseyn isə aksiyaya qoşulmaq barədə aidiyyəti qurumlara müraciət etsə də, müsbət cavab almadığını bildirib.

Dürrə Həsənova
Rafət Şahbazov

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR