İnsanlara hürriyət, millətlərə istiqlal!

Paris-2024: Hacı Əliyevin ilk rəqibi bəlli oldu

Azərbaycanın sərbəst güləşçiləri Hacı Əliyev (65 kq) və Maqomedxan Maqomedovun (97 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oytunlarında ilk rəqibi bəlli olub.

Məlumata görə, hər iki idmançı mübarizəyə 1/8 final mərhələsindən start verəcək.

Üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev bu raundda meksikalı Ostin Qomeslə üz-üzə gələcək.

Maqomedov isə Dominikan Respublikasından olan Luis Migel Peresin müqavimətini qırmağa çalışacaq.

Bu çəkilərdəki qarşılaşmalar avqustun 10-da Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR