İnsanlara hürriyət, millətlərə istiqlal!

Özünü qəsdən aclığa məruz qoymaq siyasəti - Ermənilər yox yerdən fakt düzəldirlər

Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru (2003-2012) Luis Moreno Okamponun Qarabağın erməniəsilli sakinlərinin qondarma “soyqırımı” ilə bağlı “ekspert rəyi” haqda söhbət hələ bitməyib.

Cəmi 9 gün ərzində hazırlanan bu hesabatın heç bir əsası, Okamponun bu hesabatı hazırlamaq üçün mandatının olmadığı bir tərəfə, adamın özü dünyada reputasiyası bədnam olmuş, rüşvətxorluqda, cinsi zorakılıqda ad çıxarmış birisidir.

Ona görə də onun “Dağlıq Qarabağda genosid prosesi gedir” sözü beynəlxalq aləmdə ciddiyə alınası bir şey deyil. Amma ermənilər bundan suda boğulanın saman çöpündən yapışdığı kimi yapışırlar, biz isə ünvanımıza səslənmiş ağır ittihama görə haqlı olaraq əndişə duyuruq. Çünki bu gün biri, sabah ikisi elə deyər, birisigün, bir də görərik ki, Okampo kimi yüzlərlə başqaları zorla boynumuza iş qoyurlar.

cde89fb8-ef63-33e9-9e3e-39e0ee4b9c8d_850.jpg (87 KB)

Ermənilər belə deməsi üçün Okamponu təsadüfi seçməyiblər. O, prokuror olduğu zamanlarda diktatorlara və genosid törədənlərə qarşı işlərə baxıb və bu sahə üzrə təcrübəli ekspert sayılır. Ancaq o, yuxarıda dediyimiz kimi bu peşəsindən qanunsuz milyonlar toplayaraq reputasiyasını bədnam edib, ona görə də hazırda onun sözünün sanbalı yoxdur.

“Genosid” ittihamı isə ciddi ittihamdır və onun cavabı sərt şəkildə verilməlidir.

Çox adamın bildiyi kimi, “genosid” kəlməsi yunan mənşəlidir, “genus” “qəbilə”, “nəsl”, “sid” isə “öldürürəm” deməkdir.

Hər hansı milli, etnik qrupu, bütövlükdə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş hərəkətlərə “genosid” deyilir. BMT “genosid cinayəti”nə aid olan kütləvi zorakılığı aşağıdakı kimi təsnif edib:

-Milli, irqi və ya dini qrupun üzvlərinin öldürülməsi;

-belə bir qrupun üzvlərinə ağır bədən və ya psixi zərər vurmaq;

-belə bir qrupda uşaq doğmanın qarşısını almaq üçün nəzərdə tutulmuş tədbirlər;

-uşaqların bir insan qrupundan digərinə zorla köçürülməsi;

-bu qrupun tam və ya qismən fiziki məhvinə hesablanmış yaşayış şəraitinin qəsdən yaradılması.

83824.jpg (371 KB)

Bizim hərbçilər I Qarabağ müharibəsi zamanı da mülki erməniləri kütləvi şəkildə öldürməmiş, əsirlərin çox hissəsini isə sağ-salamat geri vermişdi. Ermənilər Azərbaycanın yaşayış məntəqələrində minlərlə mülki şəxsi öldürüblər, əsir götürdükləri 4 min vətəndaşımızdan isə hələ də xəbər yoxdur.

Bu, müddəaya görə genosid siyasi yeridən tərəf ermənilərdir.

İkinci müddəaya görə də həm I, həm də II Qarabağ savaşında ermənilərin dili gödəkdir. Erməni əsirliyindən xilas edilən insanların, demək olar ki, hamısı şil-şikəst edilmiş, ağır psixi travma almışdılar. Bizdə əsir olanlar isə geri veriləndə kökəlmişdilər, yanaqlarından qan damırdı. Bunun həqiqət olduğunu göstərən fotolar və videolar var.

2021-06-12-20-20-103gBHq6knxpe4pVKjo9YA_file.jpg (205 KB)

Erməni uşaqların valideynlərinin əlindən alınması, başqa qrupa verilməsinə dair heç bir fakt yoxdur. Müharibənin qızğın vaxtı hərb meydanında erməni uşaqlar aşkarlanıbsa da, onlar sözsüz, qeyd-şərtsiz və sağ-salamat halda öz yiyələrinə, ən azı erməni tərəfinə qaytarılıblar.

1988-89 və 1992-93-cü illərdə 700 mindən artıq soydaşımızın əvvəlcə Ermənistandan deportasiya edilməsi, sonra Qarabağın rayonlarından kütləvi qətliam təhdidi ilə didərgin salınması məhz “etnik qrupun tam və ya qismən fiziki məhvinə hesablanmış yaşayış şəraitinin qəsdən yaradılması” qrafasına uyğun gəlir. Bu insanlar uzun müddət çadır şəhərciklərində, böyük ailə ilə birlikdə yataqxana otaqlarında, vaqonlarda, qarğı-qamışdan düzəldilmiş şəraitsiz evlərdə yaşayası oldular. Bu, ermənilərin təcavüzkar siyasətinin nəticəsi idi.

İndi ermənilər və onların havadarlarının dil boğaza qoymadan “blokada” barədə haray-həşir salmalarının əsas məqsədi odur ki, durumlarının BMT-nin genosidə dair təsnifatında yer alan “etnik qrupun tam və ya qismən fiziki məhvinə hesablanmış yaşayış şəraitinin qəsdən yaradılması” müddəasına uyğun olduğu barədə rəy yaratsınlar. Okamponun da tutarqa edə biləcəyi detal bu idi.

374695081_6946671682031214_4348341125461625383_n.jpg (61 KB)

Ancaq Azərbaycan dövləti Xankəndiyə 40 ton ərzaq, azuqə göndərərək sübut etdi ki, məqsədi Qarabağın erməni əhalisini “acından qırmaq” deyil.

Ermənilər isə inadla həmin azuqəni qəbul etmək istəmir, sanki özlərini bilə-bilə aclıq fəlakəti qarşısında qoyurlar ki, dünya ictimaiyyəti, beynəlxalq birlik, qüdrətli dövlətlər Azərbaycana ağır ittihamlar irəli sürə bilsinlər və belə etmək üçün onların əlində tutarlı faktlar olsun. Onlar Xankəndidə ərzaq çatışmazlığını əsas göstərərək çörəyin talonla verilməsi təşəbbüsü qaldırmaları da bu qrafadandır. Sanki dözülməz mühasirədədirlər, “41-44-Leninqra blokadası” şəraitindədirlər. Halbuki 5-10 kilometr aralıda 40 ton ərzaq var, gəlib apara bilərlər.

0f02628c-12ae-4ee6-afa5-9ac9159e2446.jpg (172 KB)

"Blokada"ya dair dünyaya ötürülən təbliğat görüntülərindən daha biri - guya ki, uşaqlar yemək birişirmək üçün samovarda kartof qaynatmağa məcburdurlar

Fəqət dünya ictimaiyyəti Azərbaycanın Xankəndi və ətrafında yaşayan ermənilərə ərzaq vermək, onların aclıq çəkməməsi üçün əlindən gələni etməyə hazır olduğunu görür və alqışlayır.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR