İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda növbədənkənar prezident seçkiləri iyulun 9-da keçiriləcək

Özbəkistanda növbədənkənar prezident seçkiləri bu il iyulun 9-da keçiriləcək.

Musavat.com xəbər verir ki, bu tarix dövlət başçısının internet saytında yerləşdirilən müraciətində qeyd edilib, prezidentin sərəncamı ilə təsdiq olunub.

Bundan əvvəl prezident səlahiyyətlərini icra edən Şavkat Mirziyoyev növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında fərman, habelə hazırkı prezidentin qərarı ilə növbədənkənar dövlət başçısı seçkilərinin keçirilməsinə icazə verən konstitusiya qanunu imzalayıb.

Mirziyoyevin təyin etdiyi seçkilər onun səlahiyyət müddətinin ləğvi ilə bağlı konstitusiyaya dəyişikliklərdən sonra ilk seçki olacaq. İndi o, ikinci prezidentlik müddətindədir və dəyişikliklər qüvvəyə mindikdən sonra bu vəzifəyə yenidən namizədliyini irəli sürə bilər. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR