İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda məmurlar uşaq evinin üç şagirdini zorlayıb

Özbəkistanda məmurlar uzun müddət Xarəzm uşaq evinin azyaşlı qızlarını aldadaraq zorlayıblar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Özbəkistanın Xarəzm vilayətlərində uşaq evinin rəhbərinin 15-17 yaş arasındakı üç şagirdi 10 ay müddətində vilayətin ədliyyə idarəsinin rəisi və rayon fövqəladə hallar şöbəsinin müdiri ilə cinsi əlaqədə olmağa məcbur etdiyi iddia edilir.

Qızlar müqavimət göstərsə də, uşaq evinin müdiri onlardan birinin ac saxlamaqla, digərini isə  qızın kiçik qardaşını döyməklə "yola gətirib".

Bunun müqabilində 2021-ci ilin aprelində məmurlardan biri xeyriyyə məqsədi ilə uşaq evinə printer bağışlayıb.

Digər məmur da "xidmət" görə borclu qalmayıb, mayın əvvəlində uşaq divanı, qarderob, mətbəx stolu bağışlayıb, uşaqlara müxtəlif şirniyyatlar verib.

Görüşlər həm uşaq evinin özündə, həm də ədliyyə idarəsinin xidməti mənzilində keçirilib.

Bildirilir ki, prosesdə təqsirləndirilən şəxslərin hamısı “qızlar bunu öz istəkləri ilə ediblər və heç kim onları məcbur etməyib” deyib.

2022-ci ilin sentyabrında birinci instansiya məhkəməsi uşaq evinin müdirini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Vəzifəli şəxslər 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza alıblar. Onların razılığı olmadan evlərini tərk etmək, yaşayış yerini dəyişmək və yaşadıqları ərazini tərk etmək qadağandır.

2022-ci ilin dekabrında apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb.

Prezident administrasiyasının icra aparatının sektor müdiri Səidə Mirziyoyeva bildirib ki, xəsarət alan qızların mühafizəsi təmin edilib.

“Eyni zamanda, biz belə hallara reaksiya vermək, ən əsası isə qarşısını almaq üçün sistem yaratmalıyıq. Qanunları sərtləşdirməyin və bütün səviyyələrdə zorakılığa sıfır dözümlülük normaları yaratmağın vaxtıdır”, -sektor müdiri deyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR