İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan sərhədində tunel qazan qaçaqmalçılara hökm oxundu

128 metrlik yeraltı keçid Qırğızıstana aparırdı

Özbəkistanın Fərqanə vilayətində Qırğızıstana gedən yeraltı tuneldən keçən cinayətkar qruplaşmanın üzvlərinə hökm oxunub. Musavat.com xəbər verir ki, bu barədə Özbəkistan mediasında məlumat verilib.

Qeyd olunur ki, tunel rahatlığı ilə seçilir, lift, işıq və müşahidə kameraları ilə təchiz olunub.

Yeraltı keçid Dövlət Təhlükəsizliyi Xidmətinin sərhəd qoşunları və rayon polisi əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı aşkar edilib. İdarədən bildirilib ki, rayon ərazisində yük avtomobili saxlanılıb, onda qaçaqmalçılıq yolu ilə gətirilən mallar aşkar edilib. Tunel yük maşını sürücüsünün evinə baxış keçirərkən aşkar edilib.

Fərqanə vilayət məhkəməsinin kollegiyasının hökmü ilə üç qaçaqmalçı 6 ildən 7 ilədək, daha üç nəfər isə islah işləri ilə cəzalandırılıb.

Cinayət işi üzrə maddi sübut kimi götürülən 2707 ədəd mobil telefon 7 milyard 603 milyon 650 min sum dövlətin nəfinə müsadirə edilib.

Həyətyanı sahəsində qaçaq tunelin qazıldığı ev müsadirə olunub, tunel isə doldurulacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR