İnsanlara hürriyət, millətlərə istiqlal!

Öz evində arvadını başqa kişi ilə tutdu: "Gördüm divanda..." - VİDEO

Mingəçevir şəhərində 1981-ci il təvəllüdlü Daşqın həyat yoldaşı Naziləyə xəsarət yetirib. Məlumata görə. Nazilə ilə mübahisə zamanı Daşqın onu yumruqla vurub. 

Musavat.com referans.az-a istinadən bildirir ki, istintaq orqanı tərəfindən Daşqın barəsində Cinayət məcəlləsinin 128-ci qəsdən sağlamlığa xəsarət yetirmə maddəsi ilə ittiham elan olunub. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ittiham üzrə özünü təqsirli bilib. 

O, qeyd edib ki, sonuncu dəfə Yevlax rayonunun kəndində yerləşən təsərrüfatına baş çəkmək üçün gedib: "Səkkiz gün orada davamlı qalaraq təsərrüfatıma nəzarət etdim. Hadisə günü saat 05.00-da Mingəçevir şəhərinə evimə qayıtmaq qərarına gəldim. Həmişə evə gələndə arvadıma zəng edirdim.

Sonuncu dəfə isə birbaşa gəldim, evin blokuna çatanda Naziləyə zəng etdim. Amma telefon bağlı idi. Gecə saatlarında mənzilin qapısını böyük oğlum açdı. Ondan anasının harada olduğunu soruşdum. Qonaq otağında onlardan ayrı yatdığını söylədi. Qonaq otağına girmək istəyəndə həyat yoldaşımın qapını kilidlədiyini gördüm. Otağa eyvandan daxil olmaq üçün dəhlizlə həmin istiqamətə gedəndə eyvanda tanımadığım bir kişinin dayandığını gördüm. Ondan kim olduğunu soruşdum. Bazarda işlədiyini, arvadım çağırdığı üçün bu evə gəldiyini bildirdi.

Pəncərədən evə keçdim. Gördüm, həmin şəxs divanda oturaraq şalvarını geyinir. Ona tərəf gedəndə arvadım stolu üzərimə çevirdi, evdəki yad kişinin qaçmasına yardımçı oldu. Kişi avtomobilə əyləşərək qaçdı. Evdə onun sviteri və ayaqqabısı qaldı. Qonaq otağına daxil oldum, arvadımdan qaçan kişinin kim olduğunu soruşdum, amma cavab ala bilmədim". 

Ətraflı video materialda:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR