İnsanlara hürriyət, millətlərə istiqlal!

Ovannisyan: "Bu gün Avropa İttifaqının texniki qrupu İrəvana gəlir"

Rusiyanın yaradıb himayə etdiyi Ermənistan Avropaya qapı açır.

Konkret.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan söz açıb: “Avropa ittifaqının texniki qrupu bu gün İrəvana gələcək. Onlar öz missiyalarının Azərbaycanla sərhəddə dislokasiya yerlərini müzakirə edəcəklər”.

Qeyd edək ki, Ermənistan nə istədiyini özü də bilmir. Gah qərbyönümlü müstəviyə keçid etmək istəyən haylar sərhədlərin delimitasiya məsələsində 1929-cu il SSRİ xəritələrindən istifadə olunmasını təklif edirlər. Bunun üçün isə Qərbdən Moskvanın qucağına qayıtmalı olurlar.

Xatırladaq ki, üçtərəfli bəyanatdan sonra 1975-ci il SSRİ xəritəsi müzakirə olunurdu. Elə o vaxt da Azərbaycan gündəmində 1920-ci ilə qədərki xəritə dolaşırdı. Çünki həmin xəritədə Zəngəzur, Basarkeçər, Göyçə Azərbaycan ərazisi olub. Başqa bir faktı diqqətə çatdıraq ki, Putin Krımın Ukraynaya verilməsində (1954) Xruşşovu günahlandırıb və öz sələflərinin səhvlərini düzəltməyi qərara alıb. Onda Azərbaycanın da haqqı çatır ki, İrəvanı ermənilərə paytaxt kimi verən cümhuriyyətçi sələflərinin, Zəngəzur və Göyçəni haylara bağışlayan Lenin və Stalinin səhvlərini düzəltsin.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR