İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il dünya bazarına 1,21 milyard smartfon çıxarılıb

2022-ci ildə dünyada smartfon tədarükü 11,3 faiz azalaraq illik ifadədə 1,21 milyard ədəd təşkil edib. Bu son 10 ilin ən aşağı göstəricisidir.

AZƏRTAC xəbər verir ki, “International Data Corporation” beynəlxalq tədqiqat kompaniyasının müvafiq məlumatları “Sina” informasiya resursunda dərc edilib.

Ötən il dünya bazarına smartfon tədarükündə “Samsung” kompaniyası liderlik edib. Cənubi Koreya istehsalçısı bazara 260,9 milyon smartfon çıxarıb. İkinci və üçüncü yerlərdə müvafiq olaraq 226,4 milyon və 153,1 milyon smartfon tədarük edən “Apple” və “Xiaomi” kompaniyaları qərarlaşıb. Beləliklə, ötən il bu üç kompaniyanın dünya bazarındakı payı 21,6 faiz, 18,8 faiz və 12,7 faiz olub.

Analitiklər tədarük həcminin aşağı düşməsini tələbatın azalması, inflyasiya və iqtisadiyyatdakı qeyri-müəyyənliklə izah edirlər.

2021-ci ildə dünya bazarında mobil telefon tədarükü 1,35 milyard ədəd təşkil etmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR